Ayxan
Firəngiz
Əlizadənin yubileyi
Avropada qeyd olunur
Azərbaycanın
tanınmış bəstəkarı, Bəsətəkarlar
İttifaqının sədri, Xalq artisti Firəngiz
Əlizadənin 60 illiyi Avropada qeyd olunur. Belə ki,
bəstəkarın 60 illiyi münasibətilə bu
günlərdə ölkəmizin Almaniyadakı səfirliyinin
təşkilatçılığı ilə Berlində
alman və azərbaycan musiqiçilərinin iştirakı
ilə konsert keçirilib. Bəstəkarlar
İttifaqının mətbuat xidmətindən verilən
məlumata görə, tədbiri Azərbaycanın Almaniyadakı
səfiri Pərviz Şahbazov açaraq Firəngiz
Əlizadənin yaradıcılığı barədə
iştirakçılara məlumat verib: "Firəngiz
xanım müsəlman Şərqindən olan ilk qadın
bəstəkardır ki, Qərb və Şərq musiqisinin
sintezi formasında yaratdığı əsərləri
ilə Qərb aləmində müasir klassik musiqi
sahəsində özünü təsdiq edə bilib".
Berlinin mərkəzi Jandermarkt meydanında yerləşən məşhur "Konserthauz"da keçirilən konsertdə tanınmış professor Yulius Bergerin rəhbərliyi ilə Auqusburq violonçelistlər qrupu, Berlindən "Modern Art" ansamblı yə Köindən "Minguet" kvarteti bəstəkarın "Oazis", "Atəş", "Muğamsayağı" və "Metamorfozlar" əsərlərini ifa ediblər. Tanınmış musiqiçilər, xalq artistləri Möhlət Müslümov (tar), Fəxrəddin Dadaşov (kamança) da bu konsertdə iştirak ediblər. Azərbaycan Dövlət Simfonik Orkestri və Dövlət Xalq Alətləri Orkestrinin solistləri Firəngiz xanımın dirijorluğu və fortepianoda müşayiəti ilə bəstəkarın "Crossings" əsərini səsləndirib.
Azərbaycan
Mədəniyyət və Turizm Nazirliyi, Almaniya-Azərbaycan
Forumu və "RWE Gas" şirkətinin dəstəyi
ilə keçirilən konsertdə Almaniya hökumətinin
və Bundestaqının, o cümlədən Almaniyada akkreditə olunmuş
diplomatik korpusun, Berlinin elm, iqtisadiyyat və mədəniyyət
dairələrinin nümayəndələri konsertdə
iştirak edib. Konsert münasibəti ilə Firəngiz
xanımın yaradıcılığına və
Azərbaycan musiqi mədəniyyətinə həsr edilmiş
broşür nəşr edilib.
Ekspress.- 2007.- 3-5 noyabr.- S. 16.