Bəstəkarlarımızın əsərləri Berlində səsləndirilib

 

Azərbaycanın Almaniyadakı səfirliyindən bildiriblər ki, oktyabrın 30-da Berlinda səfirliyin təşkilatçılığı, alman va Azəbaycan müsiqiçilərinin iştirakı ilə Azəbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadənin əsərlərindən ibarət konsert olub.

Konsertdən əvvəl çıxış edən Azərbaycanın Almaniyadakı səfıri Pərviz Şahbazov bəstəkarın yaradıcılığı barədə məlumat verib. O deyib ki, Firəngiz xanım müsəlman Şərqindən olan ilk qadın bəstəkardır ki, Qərb və Şərq musiqisinin sintezi formasında yaratdığı əsərləri ilə Qərb aləmində müasir klassik musiqisi sahəsində özünü təsdiq edə bilib.

Berlinin məşhur "Konserthauz" mədəniyyət evində keçirilən konsertdə professor Yulius Bergerin rəhbərliyi ilə Auqusburq violonçelçalanlar qrupu, Berlinin "Modern Art ansamblı" və Kölnün "Minguet Quartett" kollektivləri bəstəkarın "Oazis", "Atəş", "Muğamsayağı" və "Metamorfozlar" əsərlərini ifa ediblər.

Azərbaycan Dövlət Simfonik Orkestrinin və Dövlət Xalq Alətləri Orkestrinin solistləri Firəngiz xanımın dirijorluğu və fortepianoda müşayiəti ilə bəstəkarın "Crossings" əsərini səsləndiriblər.

AFR hökumətinin va Bundestuqının, Almaniyada afykreditə olunmış diplomatik korpusun. Berlin ictimaiyytinin nümayəndələri konsertdə olublar.

 

Azad Azərbaycan.- 2007.- 2 noyabr.- S. 8.