“Göy
Göl” Avropada liderlik edir
"Fikrət Əmirovun "Göy-göl"
mahnısını ifamda eşidən bəzi sənət
adamları müxtəlif fikirlər səsləndirdilər.
Bəyənənlər də oldu, bəyənməyənlər
də. Dedilər ki, melodiya yadlaşdırılıb,
F.Əmirov dəsti-xəttinə müdaxilələr olub. Amma
indi sözügedən kompozisiya Avropa hitlərində liderlik
edir. İlk olaraq "A flower in bloom" albomundakı
eyniadlı mahnı "World musiq chat musiq"yə daxil
edilmişdi. Daha sonra çatdakı mənə məxsus olan
proqram genişləndirilərək sonuncu albomumdan
seçmələri ora daxil etdilər".
Qeyd edək ki, Əməkdar artist Sevda
Ələkbərzadənin Almaniyanın "Network Medien"
şirkəti ilə imzaladığı müqavilədən
sonra müğənninin Qərb ölkələrində
təbliğat kampaniyası başlayıb.
Sözügedən şirkətin təqdimatında
S.Ələkbərzadənin "Gül açır"
adı altında işıq üzü görən kompakt
diski Avropada satış üzrə 17-ci yeri fəth edib.
Artıq avropalılar və bir sıra musiqiçilərin azərbaycanlı
müğənninin ifasına maraq göstərdiyi və
onunla əlaqə yaratdığını öyrəndik.
İfa etdiyi digər məşhur mahnıları arasında
seçim aparan müğənni onların geniş
təbliğatını aparmaq məqsədi ilə
"Network Medien" şirkətinə təqdim etməyi
düşünür. Müğənni müqavilənin
şərtlərinin sonrakı mərhələsində daha
geniş layihələrin durduğunu qeyd etdi.
Əməkdar artist əlavə etdi ki,
"Gül açır" adlı diski eyni zamanda
dünyanın bir çox tanınmış
müğənnilərinin albomları ilə eyni
satılır və Avropada çıxan ən yaxşı
disklərin "20-liy"inə düşüb:
"Həmin "iyirmilik"də dünyanın bir sıra
ölkələrindən disklər var, Azərbaycandan isə
yeganə mənim diskimdir. Düşünürəm ki, bu
hadisə "Eurovision" mahnı müsabiqəsində
iştirakdan üstündür. Diskim bir aydır
çıxıb və bu qısa müddətdə bu
dərəcədə reytinq qazanması böyük
fəxrdir. Artıq Vaşinqton, Hollandiya, Fransa,
İtaliyanın radiostansiyaları həmin diskdə yer alan
mahnıları səsləndirmək üçün
mənə müraciət ediblər".
Mövqe.- 2007.- 15-16 noyabr.- S. 13.