Turanə
Opera və Balet Teatrının fəaliyyəti rusiyalı
rejissorlarının gözü ilə
"Kultura" teatrımız haqqında
film çəkmək istəyir
Bu günlərdə Dövlət Akademik Opera və Balet Teatrına
Rusiyanın "Kultura"
kanalının rəhbərliyindən
bir təklif gəlib. Belə ki, kanal keçmiş MDB məkanındakı
aparıcı Opera və
Balet teatrlarından biri olan Azərbaycan
Milli Opera və Balet Teatrı haqqında 60 dəqiqəlik
sənədli film çəkmək
niyyətindədir. Qeyd
edək ki, Azərbaycan Opera və Balet Teatrı ilə yanaşı, yalnız Ukrayna Akademik Opera və Balet Teatrı, Estoniya və Litva Milli Operaları
haqqında belə filmlərin çəkilişi
nəzərdə tutulub.
"Biz özünəməxsus
ənənələri olan
Azərbaycan Dövlət
Akademik Opera və Balet Teatrının fəaliyyəti ilə yaxından tanışıq. Onun MDB məkanında
ən qabaqcıl teatrlarından biri olduğu bizə məlumdur. Son illərdə
Azərbaycan Opera və
Balet Teatrı kollektivinin Rusiya Akademik Böyük Teatrı və Marinski adına
Teatrın səhnələrindəki
professional çıxışlarının
şahidi olmuşuq.
Bu teatrın uğurlu
qastrol siyasəti, onun səhnəsində çıxış edən
Rusiyanın dünyaşöhrətli
Opera və Balet ulduzlarının Bakı Teatrının səhnəsində
Azərbaycanın vokal
və balet sənətinin nümayəndələri
ilə birgə çıxışları haqqında
müsbət təəssüratları
bizə bunu deməyə haqq verir. Bu sözlər
teatra "Kultura" kanalının rəhbərliyi
tərəfindən ünvalanan
məktubda yazılıb.
İkitərəfli razlığa əsasən,
"Kultura" telekanalının
nümayəndələri noyabrın
30-da Bakıda səfərdə
olacaq. Qonaqlar filmin çəkilişini
5 gündə həyata
keçirəcəklər. Dekabrın 1-dən 4-nə kimi
Teatrın repertuarında
olan bir neçə tamaşa C.Verdinin "Riqoletto",
Ü.Hacıbəyovun "Leyli və Məcnun"
operaları, həmçinin,
Q.Qarayevin “Don Kixot”,
"Leyli və Məcnun" və F.Əmirovun "Min bir gecə" baletlərinin
tamaşalarından çəkilişlər
aparacaq. Teatrın
bugünkü fəaliyyəti,
onun yeni quruluşları, aparıcı
sənətçiləri haqqında
süjetlər hazırlayacaq.
Teatrın direktoru Akif Məlikov və yaradıcı kollektivlərin rəhbərləri
ilə intervyülər
lentə alacaqlar. Teatrın rəhbərliyi isə öz növbəsində
Azərbaycanın akademik
sənətini təmsil
edən aparıcı
sənət ocağının
fəaliyyətinə yüksək
dəyərin verilməsini
bütünlükdə milli
mədəniyyətimizin daha
bir uğuru kimi qiymətləndirib.
Yeni Azərbaycan.- 2007.- 17 noyabr.- S. 12.