Turanə

 

Yelena Şetinkinanın mükafatı

 

"Rus mahnısı" festivalında Azərbaycan uğurla təmsil olunub

 

 Oktyabrın 17-dən 22-dək Moskvada keçirilən "Rus mahnısı" I Beynəlxalq festivalda Azərbaycan da müvəffəqiyyətlə təmsil olunub. 50 ölkədən 500 nümayəndənin iştirak etdiyi bu festivalda, ölkəmizi Dövlət Gənc Tamaşaçılar Teatrının 6 nəfərdən ibarət nümayəndə heyəti ilə aktrisa Yelena Şetinkina təmsil edib. Aktrisa musiqisi Georgi Çerno-orova məxsus "Sənin haqqında" Vladimir Vısotskinin "Kədər" mahnılarını ifa edib. Yelena Şetinkina digər iştirakçılarla yanaşı, festivalın laureat diplomuna layiq görülüb. Azərbaycandan gələn yeganə ifaçıdır ki, ona "Qızıl quş" büllur suveniri hədiyyə edilib.

Xatırladaq ki, Rusiya Federasiyası Prezidentinin, Xarici İşlər Nazirliyinin, Teatr Xadimləri İttifaqının, Moskva Vilayəti Mədəniyyət Nazirliyinin dəstəyi ilə yaradılan "Xarici ölkələrdə fəaliyyət göstərən rus teatrlarına kömək mərkəzi" bu ilin iyun ayında Serpuxov şəhərində Beynəlxalq "Yay Teatr məktəbi" layihəsini həyata keçirib.

 

Yeni Azərbaycan.- 2007.- 17 noyabr.- S. 12.