Məhərrəmova
T.
“Azərbaycan Kleopartası”
40 il öncə bu
ləqəblə tanınan rəqqasə Xoşbəxt Məmmədova
əməyinin qiymətləndirilməməsindən gileylidir
Qədim yunan
filosofları rəqsi "sözsüz poeziya"
adlandırıblar. Rəqsin harmoniyası minlərlə adama
mənəvi zövq vermək qüdrətinə malikdir.
Elə təkcə "Naz eləmə",
"Nəlbəki", "Gülgəzi",
"Vağzalı-Mirzeyi" xalq rəqslərinə
tamaşa etmək kifayətdir ki, bu xalqın zəngin
musiqisinə, köklü adət-ənənəsinə
bələd olasan.
Tanınmış
rəqqasə Xoşbəxt Məmmədova 50 ildən
artıqdır ki, xalq rəqslərimizi yaşadır. Onun
simasında rəqslərimizi dünya tanıyıb.
Dünyanın böyük konsert salonlarında
Azərbaycanın xalq rəqsləri Xoşbəxt xanımın
ifasında oynanılıb. O, bu gün də "yoruldum"
demədən eyni həvəs və məhəbbətlə
səhnəyə çıxır. 65 yaşlı
Xoşbəxt xanım aşıb-daşan eneryisi ilə
yenə də özünü gənclik illərində
olduğu kimi hiss edir:
-
Uşaqlıqdan oynamağı sevirdim. Harada toy olurdusa məni
oynamaq üçün aparırdılar. Balaca totuq-motuq
qız idim. Oynamağım da hamının xoşuna
gəlirdi. 190 saylı məktəbdə oxuyurdum. 9
yaşım olanda məni Pionerlər Evinə apardılar.
İlk müəllimim Dövlət Mahnı və Rəqs
Ansamblında çalışan Hacı Ağayev oldu. Eyni
zamanda Opera Teatrının solisti Maqsud Məmmədov,
Böyükağa Məmmədov, Əlibaba Abdullayev kimi
müəllimlərdən dərs aldım. Böyük
dərnəklərdə keçirilən
məşqlərə baxır və orada da oynayırdıq.
1950-ci ildə İran şahı Rza şah həyat
yoldaşı Sürəyya xanımla Bakıya
gəlmişdi. Filarmoniyanın yay salonunda konsert keçirildi.
Mircəfər Bağırov da onların yanında idi. Biz
Pionerlər Evinin ansamblının tərkibində Cahangir
Cahangirovun "Azərbaycan" rəqsini oynadıq. Mən
ansamblın solisti idim. Rəqsimiz qonaqların o qədər
xoşuna gəldi ki, onlar ayaq üstə durub bizi
alqışlayırdılar. 54-cü ildə Kamil Dadaşov,
Şərqiyyə İsgəndərova, Ramiz Eynullayev və
başqaları ilə birlikdə Əmək Ehtiyatları
ansamblında oynamağa başladıq. Xalq artisti
Böyükağa Məmmədov bizə dərs deyirdi.
Həmin il bizi Moskvada çıxış etməyə
apardılar. Orada keçirilən konsertdə birinci yer
tutduğumuza görə, 55-ci ildə bizi Varşava
Ümumdünya Festival iştirakçılarının
sırasına daxil etdilər. Həmin festivalda da qızıl medal alaraq laureat adına layiq
görüldük. Festivaldan qayıdandan
sonra mənimlə Şərqiyyəni Filarmoniyaya
dəvət etdilər.
Beləliklə, Filarmoniyada işləməyə
başladıq. Daha sonra
Kremlin Sütunlu salonunda
konsert verdik. Budyonnı çıxışımızı çox bəyəndi.
Bizimlə şəkil də
çəkdirdi. Filarmoniyanın Mahnı və Rəqs Ansamblının tərkibində işlədiyim
illərdə böyük
uğurlar qazandıq.
Dünyanın bir çox
ölkələrini gəzdik.
57-ci ildə Moskvada
keçirilən VI Ümumdünya
Festivalında iştirak
edərək qızıl
medala layiq görüldük. Festivalda "Üç gül" -
"Ağ gül, qırmızı gül, bir də sarı
gül" rəqsi böyük marağa səbəb oldu. Həmin rəqsi mən, Şərqiyyə İsgəndərova
və rəhmətlik
Nailə Mahmudova ifa edirdik. O vaxtdan mənə ansamblın üzvləri
"Sarı gül"
deməyə başladılar.
57-ci ildə biz "Üç
gül", Böyükağa
Məmmədov "Çobanlar",
Maxay İbrahimov "Dağıstan ləzginkası"
rəqslərinə görə
qızıl medala layiq görüldük. Qayıdandan sonra Ali Sovetin sədri İsgəndərov
bizi fəxri fərmanla və pul mükafatına layiq gördü. 1959-cu ildə "26-lar klubu"nun ansamblı məni də özləri ilə Moskvaya apardı. Orada "Vağzalı-Mirzeyi"ni solist kimi oynadım. Bu rəqsi Əminə
Dilbazidən sonra mən oynamışam.
İndi də televizorda həmin rəqsi oynayanları görürəm.
Onlar bizim kimi oynaya
bilmirlər. 1958-ci ildə Çində,
1964-cü ildə Ərəbistanda
böyük konsertlər
verdik. Almaniyada, Çexoslovakiyada, Polşada,
İsraildə və digər ölkələrdə
konsertlərimiz böyük
uğurla keçdi. İnanın,
xarici səfərlərdə
çıxışlarımızı çox böyük maraqla qarşılayırdılar.
Gürcülər ən mahir rəqqaslar hesab olunur. Ancaq biz həmişə birinci yer tuturduq.
Azərbaycan musiqisinə hər
yerdə bir möcüzə kimi baxırdılar.
Daha sonra bir neçə il Ağası
Məşədibəyovun ansamblında
işlədim. Teymur Mustafayev, Zaur Rzayev, İslam Rzayev, Qədir Məmmədov və başqa müğənnilər
həmin ansamblda oxuyurdu. Lütfəli Abdullayevlə Nəsibə
xanım da bizim konsertləri aparardılar. Tez-tez xarici
ölkələrə qastrola
gedirdik. Məhbusların yaşadığı Varkut
şəhərinə qədər
gedib çıxmışdıq.
Qarda, yağışda, çovğunda
rayonlara gedib zəhmətkeşlər qarşısında
çıxış edərdik.
- "Sönməyən ulduzlar"
Assosiasiyasında yaratdığınız
rəqs ansamblı ötən illərin xiffətini sizə unutdururmu?
- Təqaüdə
çıxandan sonra bizi "Sönməyən
ulduzlar"a çağırdılar.
Burada yaranan ansamblda çıxışlar etməyə
başladıq. Tədbirlərimiz olanda tez-tez çağırırlar. 1989-cu
ildə bizi Çexoslovakiyaya göndərdilər.
Orada laureat adına layiq
görüldük. Şəfiqə Hənifəyeva ilə Kamil Dadaşov "Naz eləmə" rəqsini elə gözəl oynadılar ki, hamı heyran
qalmışdı. Hamı bu
yaşımızda belə
yüngül rəqs etməyimizə məəttəl
qalır. "Sönməyən ulduzlar"da
hamısı peşəkarlardır.
Yaşca
ən böyüyümüz
Şəfiqə Hənifəyevanın
85 yaşı var. Nailə
Mahmudova 71 yaşında
vəfat etdi. Mənimsə 65 yaşım
var. Ancaq özümü
heç 65 yaşında
hiss eləmirəm. Hərəkətlərim, oyunum yenə də əvvəlki kimi çox yüngüldür. Bütün rəqsləri
əvvəlki kimi ifa edirəm. Məni dərs verməyə də dəvət edirlər. Ancaq vaxtım yoxdur.
26 il səhnədə
olmuşam. 1976-cı ildən təqaüdə
çıxsam da, işləyirəm. Çünki formanı saxlayırdım.
Soltan Hacıbəyov məni hamıya nümunə göstərir, "Xoşbəxt
kimi olun" - deyirdi.
- Ən çox hansı rəqsləri ifa edirdiniz?
- Mən "Tərəkəmə", "Naz eləmə", "Vağzalı-Mirzeyi", "Nəlbəki",
hind, ərəb rəqslərini
oynamışam. Oynadığım çox rəqslərin də adı yadımdan çıxıb.
1957-ci ildə Moskvada festivalda olarkən bir ərəb qızının
oynamağına vuruldum.
Onun oynamağına demək olar ki, bütün
tamaşaçılar heyran
qalmışdı. Öz-özümə
dedim ki,
mən də ərəb rəqsi oynayacağam. Moskvadan qayıtdıqdan sonra hissə-hissə ərəb rəqsini hazırlamağa başladım.
Onda dövlət konsertlərində
tez-tez çıxış
edirdim. Qəşəng bir kostyum da tikdirmişdim. Ərəb rəqsini mən də oynadım. Bu rəqs ifamda
çox gözəl alınırdı.
- Gərək
ki, sizin oynadığınız ərəb
rəqsinə görə,
"Azərbaycanın Kleopatrası"
da adlandırıblar.
- Mahnı və rəqs ansamblında Filarmoniyanın
solisti idim. 1968-ci ildə Moskvadan
bir yurnalist gəlmişdi. Bütün rəqslərimizə
baxdı və məni bəyəndi.
Roza xanım dedi ki, ərəb
qızlarına özüm
oxşayıram. Amma o, məni
seçdi. Dedi ki, ərəb qızları qarayanızdır.
Yaşıl Teatrda oynayan yerdə mənim şəklimi çəkdi və "sən əsl Azərbaycan Kleopatrasısan"
- dedi.
- Xoşbəxt
xanım, 50-60-cı illərdə
ölkəmizin musiqi aləmində başqa bir ab-hava vardı.
Yəqin
indi musiqimizdə baş verən bu özbaşınalıqlar
sizi də ağrıdır.
- Onda tamam ayrı bir aləm idi.
İndi oxuyub-oynayanlara baxanda vallah, məəttəl qalıram. Mən özüm də
özfəaliyyətdən çıxmışam. Ancaq Pionerlər
Evində xoreoqrafiyanı
keçmişəm. Onda musiqiyə,
ifaçılara böyük
hörmət var idi. İndiki kimi deyildi.
O vaxt fəxri ad almaq da çətin
idi. Biz sənətdə
can qoysaq da, bizə fəxri ad vermədilər. Roza Cəlilova kimi
rəqqasə bu günlərdə Xalq artisti adını aldı. Amma indi yerindən
duran xalq artistidir. Biz səhnədə canımızı,
sağlamlığımızı qoymuşuq. Amma heç kəs
bizə qiymət vermədi. İndi bizim rəqslərimizi
oynayırlar. Amma özlərindən
hərəkət qururlar.
Məryəm Süleymanova çox
qabiliyyətli rəqqasədir.
Ancaq
"Vağzalı-Mirzeyi"dən sonra "şaloxo" oynayır. Xalq rəqslərində belə şeylər yoxdur.
- Rəqslərinizin
lent yazılarını qoruyub
saxlayırsınız?
- Təkcə
"Üç gül" rəqsinin lent yazısı
qalıb. 59-cu ildə universitetdə ifa edərkən lentə alıblar. Bu lent yazısı Qızıl Fondda saxlanılır. Çoxlu kinolarda çəkilmişik.
"Görüş" filmində də biz çəkilmişik. Yaddan çıxmayan
xatirələrim çoxdur.
Bir dəfə Çinə gedəndə təyyarədə
qorxu keçirməyim
heç yadımdan çıxmır. Ağlaya-ağlaya təyyarə sürənə
"saxla, düşürəm"
deyə qışqırırdım.
Yoldaşlarım həmin hadisəni
həmişə zarafatla
xatırlayırlar. Bir dəfə
də Pekində olarkən Yan Mare mənə vurulmuşdu.
Onda 20 yaşım vardı.
Stalinin oğlu Volodya da orada idi.
Gəlib hamımızla
- Sənətinizə
yaxın olan adamla ailə qurdunuz?
- Mən 3-4 ay Rəşid Behbudovun Mahnı Teatrında da işləmişəm.
O vaxtlar bir gürcü ilə ailə qurdum. O, Rauf Hacıyevin estrada ansamblında
akkardion çalırdı.
1959-cu ildə Moskvadan
dekadadan qayıdandan sonra o, mənimlə yaxından
- İndi rəqslərinizə
baxanda ən çox sizi təsirləndirən hansıdır?
- "Ərəb
rəqsi", "Uzundərə"
və "
Kaspi.- 2007.- 9 noyabr.- S. 16.