Əbülfəs
Qarayev: “Bizdə adi iş günü olmur”
Hörmətli cənab nazir, Azərbaycan Respublikası
Mədəniyyət və Turizm Nazirliyinin yeni nəşri olan
Pəncərə (Mədəniyyətə baxış")
səhifələrində Sizi salamlayır, belə bir
nəşrin işıq üzü görməsi münasibəti
ilə təbrik edirik.
- Çox sag olun. Məncə, hər hansı bir yüksək məramlı ciddi nəşrin meydana gəlməsi ölkəmizin mədəni həyatında əhəmiyyətli hadisə sayılmalıdır. Elə buna görə də yaradıcı kollektivinizi və oxucularınızı ürəkdən təbrik edirəm!
Bu jurnalın yaranması, Sizcə, hansı zərurətdən doğdu?
- Bilirsiniz ki, nazirliyin bir çox nəşrləri, mətbuat orqanları, hətta struktura daxil nəşriyyatları var. Qəzetlərimiz daha çoxdur.
- Bununla belə, ölkəmizdə gedən
mədəni proseslərin
cağdaş bir üslubda, yüksək poliqrafiya ilə oxuculara çatdıran və həm də oxucuların geniş kütlələrinin maraq göstərdiyi
bir nəşrə ehtiyac duyurduq.
Zərurət də
elə
bundan doğdu.
Onu demək istəyirəm ki,
yeni nəşrdə hər
şey zəngin Azərbaycan mədəniyyətinin
uca məramına uyğun olmalıdır.
Məlum olduğu kimi Mədəniyyət və
Turizm Nazirliyi bir ildən artıqdır ki,
fəaliyyət göstərir, bu vaxt
ərzində
həm mədəniyyət, həm də
turizm sahələrində olduqca çox iş
görülüb. Fikrinizcə, bu işlərin arasında ən əhəmiyyətliləri hansılardır?
- Mədəniyyət
və Turizm Nazirliyi yeni statusda ömrünün ikinci ilini yaşayır.
Qazanılmış uğurlar, mədəniyyət
və turizm sahəsində dəyərli
nəticələr göstərir
ki, Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyev dövlət qurumunun yaradılması haqqında qərar verməklə doğru addım atmışdır.
Əhəmiyyətli tədbirlərin qısa icmalı ötən ilin sonunda hazırlanmış
illik hesabatda ən yığcam şəkildə qruplaşdırılaraq
ayrıca bir kitab şəklində nəşr edilmişdir və bu hesabatı
aşkarlıq naminə
biz bütün əlaqədar
qurumlara göndərmişik.
Əhəmiyyətli sayılan işlər
sırasında, əlbəttə,
ilk növbədə böyük
sürətlə həyata
keçirilən struktur
təşkilatlanmasını, nazirliyin dinamik aparatının yaradılmasını,
kadr probleminin həllini, mədəniyyət
və turizm sahələrinin bir-birinə
inteqrasiya edərək
vahid idarəetmə mexanizminin formalaşdırılmasını
qeyd edə bilərəm. Ən əsası
odur ki, mədəniyyət və
turizm sahələrinin
inkişafının əsas
istiqamətləri müəyyən
edilmişdir. Bütün fəaliyyət
istiqamətlərinin başlıca
məqsədi yeni mədəni sərvətlərin
yaradılması, mövcud
mədəni intellektual
varidatın qorunması,
inkişaf etdirilməsi,
xalqa çatdırılması,
yaradıcı insanlara
daha çox qayğı göstərilməsi,
Azərbaycan turizminin imkanlarından maksimum istifadə edilməsindən
ibarətdir. Mədəniyyət və turizm sahələrinin inkişafında
əldə olunan ilk uğurlarımız isə
ictimaiyyətə məlumdur
və işimiz insanlar tərəfindən
maraqla izlənilir.
Gənclər, İdman və Turizm Nazirliyi ilə indi başçılıq
etdiyiniz nazirliyin işi arasında fərqlər yetərincədir. İşin ümurni
həcmi artdıqca onun çətinliyi və məsuliyyəti də artır və bu halda
işinizi necə, hansı prinsiplər üzərində qurursunuz?
- Asan iş yoxdur. Xalqın mədəni-mənəvi dünyası,
estetik tələbatı,
istirahəti, dünya-duyumu
ilə bağlı bir sferada çalışmaq
xüsusi bir məsuliyyət, məsələyə
uyğun mövqelərdən
yanaşma metodları
tələb edir.
Bilirsiniz
ki, hazırda on minlərlə insan bizim struktura daxil olan təşkilatlarda
çalışır, ölkə
əhalisinə xidmət
göstərir. Məncə, belə bir sahədə
çalışarkən kollektivlərin,
insanların qarşılıqlı
anlaşması, ən
istedadlı, bacarıqlı
mütəxəssislərin işə cəlb edilməsi, başlıcası
isə hər bir kəsin öz vəzifəsinə
məsuliyyətlə yanaşması
bütün hallarda Azərbaycan dövlətinin
mədəniyyət siyasətinin
xeyrinədir. Əlbəttə, mədəniyyət və
turizmin inkişafında
fərdi düşüncələr
önəmlidir, bu, axtarışları, yaradıcılıq
uğurlarını təmin
edən amildir. Lakin hər hansı bir dövlət qurumunda on minlərlə insan eyni platformanın, eyni komandanın varlığını
hiss etməsə dəyərli
nəticələr alınmaz.
Adi iş gününüz necə keçir?
- Azərbaycanda bu gün elə qlobal dəyişiklikbr baş verir, sivil dünyaya inteqrasiya elə sürətlə həyata
keçirilir ki, hər hansı bir dövlət adamının adi iş günü yoxdur. Bütün günbr fövqəladədir.
Mərkəzi aparatın
idarə olunması, yerlərlə, təşkilatlarla
əlaqələrin qurulması,
kadrlarla iş, mədəniyyət və
turizmin inkişaf layihələrinin reallaşması
üçün konkret
tədbirlərin görülməsi,
yaradıcı təşkilatların,
yaradıcı insanların
hər birinin qayğılarına adekvat
cavabların tapılması,
beynəlxalq mədəniyyət
və turizm əlaqələrinin qurulması,
xüsusilə, bu sahələrin maddi-texniki
bazasının inkişafına
xidmət edən böyük yenidənqurma
işlərinin yüksək
səviyyədə və
uğurla başa çatdırılması adi
iş rejimini unutdurur. Özünüz görürsünüz ki, son bir-iki ildə hörmətli Prezidentimiz mədəniyyətin
və turizmin inkişafına dair nə qədər
mühüm dövlət sənədlərinə
imza atıb. Bizim vəzifələrimiz o sənədlərin
gərəkli müddəalarından
irəli gəlir və hər bir sənəd gərgin əmək tələb edir.
Tez-tez rəsmi səfərlərdə
olursunuz. Bu səfərlər
zamanı Sizi ən çox heyrətləndirən, yadınızda
qalan hadisə və ya görüş
haqqında təəssüratlarınızı
bölüşə bilərsiniznu?
- Hər bir səfər özünün xarakterinə
görə məxsusi
təəssürat yaradır.
Böyük və ya kiçikliyindən, yaxın
və ya uzaqlığından, inkişafının
çağdaş səviyyəsindən
asılı omayaraq hansı bir ölkədən Vətənə
dönürəmsə Azərbaycanda
istər siyasi-iqtisadi,
istər sosial-mədəni
inkişafın heyrətamiz
dinamikası məndə
qürur doğurur.
Əlbəttə, dünya sivilizasiyasında
elə uğurlar var ki, onlar
bizə nümunə olmalıdır. Təbii,
istəyirəm ki, Azərbaycanda da mədəniyyət sənayesi,
turizm xidmətlərinin
səviyyəsi dünya
standartlarına çatsın
və inanıram ki, ölkəmiz ən müxtəlif iqtisadi-sosial problemlərini,
xüsusilə, inkişafımıza
əməlli-başlı əngəl
törədən Dağlıq
Qarabağ problemini ən yaxın zamanda həll edəcək və biz böyük mədəni uğurlara sürətlə
qovuşacağıq. Çünki
bizim hədsiz imkanlarımız və buna haqlı bir istəklə can atan insan potensialımız
var.
Siz müasir gəncliyimizin problemləri, maraqları,
zövqləri və istəkləri ilə yaxından tanışsınız. Hazırda televiziya,
radio və mətbuatda
aşağı səviyyəli
"şou-biznes"in mövcudluğunu
etiraf etməyə məcburuq. Bəsit zövqlərin cavan
nəslə ötürülməsinin
qarşısını necə
almaq olar?
- Cəmiyyətimizin
bütün sahələrində
olduğu kimi, şübhəsiz, mədəniyyət
sahəsində də
demokratik proseslər gücbnir. İstəyir gənc olsun,
istəyir ortayaşlı
və yaxud yaşlı, hər kəs sərbəst surətdə özünü
ifadə etmək, öz yaradıcı potensialını cəmiyyətə
ötürmək ixtiyarına
malikdir. Məncə, zövqsüz təqdimatlar
o insanların pis məqsəd güdmələrindən
deyil, qeyri-peşəkarlıqdan
irəli gəlir.
Bizim televiziyalarla birgə bəyanatımız var. Mətbuatla
da birgə əməkdaşlıq haqqında
sənəd hazırlamaq
layihəsi üzərində
düşünürük. KİV-lə əməkdaşlıq
çərçivəsində bu məsələnin nizamlanmasını təmin
edən bir mexanizm işlənməlidir.
Problemin fundamental və
uzunmüddətli həlli
yaradıcılığa meylli
gənclərin estetik
təhsilinin təşkili
nəticəsində mümkün
ola bilər.
İctimai rəyin fəallaşmasının
da təsir imkanları önəmlidir.
Son illərdə
Bakıda saysız-hesabsız
evlər, ticarət mərkəzləri, şadlıq
sarayları tikilir. Əksər hallarda
bu tikililər şəhərimizin ümumi
görünüşünü korlayır, şəhərsalma
qaydalarına uyğun
gəlmir, bəzi hallarda isə, ümumiyyətlə, təhlükə
yaradır. Bununla bağlı
fikirlərinizi bilmək
maraqlı olardı.
- İnsanlar
öz ehtiyaclarına görə hərəkət
edirlər. Nə olar, qoy quruculuq işləri genişlənsin, artsın.
Tikilən qalır. Uzun illər
boyu buna ictimai, iqtisadi, inzibati baxımdan imkan olmayıb. Lakin heç bir tikinti gözəl Bakımızın eybəcərləşdirilməsi
hesabına aparıla bilməz. Hər yeni bina memarlıq baxımından
ucaldığı yerə
yeni bir görkəm gətirməlidir.
Məncə, şəhərin tarixi yerlərində tikintidən daha çox bərpaya, həmin hissənin özəl prinsiplərinin
qorunmasına diqqət
verilməlidir. Bakıda yeni
körpülər salınır.
Onların nəyi pisdir
ki? Rahatlıq yaranır, körpülər
o qədər zövqlə
və fundamental inşa
edilir ki, tikildiyi andan memarlıq abidəsi kimi baxılır. Hər bir sahədə meyarlar və ümumxalq prinsipləri gözlənilsə nəticəsi
uğurlu olacaq. Əslində, bu yanaşma
da cəmiyyətin mədəniyyət göstəricisidir.
Bizim jurnala nə arzu edərdiniz?
- Qoy gözəl biçimli, məzmunlu və uzunömürlü olsun. Oxucu sarıdan korluq çəkməyəsiniz.
Pəncərə.- 2007.- ¹ 1.- S. 8-9.