Səudiyyə
Ərəbistanında Azərbaycan mədəniyyəti
günləri
Noyabrın
10-dan etibarən Səudiyyə Ərəbistanında
Azərbaycan mədəniyyəti günləri
başlanır. Bir həftə davam edəcək
mədəniyyət günlərində dost ölkənin
əhalisi qədim dövlətçilik
ənənələrinə malik olan Azərbaycanın uzaq
əsrlərdən çağdaş
dövrümüzədək müxtəlif milli geyim
formaları, məşhur fırça və mahir xalça
ustalarımızın zəngin
yaradıcılığının bəhrəsi olan və bu
gün də öz heyrətamiz gözəlliyi ilə
dünya muzeylərini ziynətləndirən qiymətli
sənət əsərlərilə tanış olacaq,
müğənnilərimizin
çıxışlarını dinləyəcəklər. Qardaş
ölkədə Azərbaycan mədəniyyətini
görkəmli opera, estrada və muğam ustalarımız -
respublikanın xalq artisti Azər Zeynalov, Mənsum İbrahimov,
Nəzakət Teymurova, müğənni Lalə
Məmmədova, Vəsilə İbrahimova, Təyyar Bayramov,
"Muğam" teatrının instrumental ansamblı,
müxtəlif rəqs kollektivləri və Pantomima teatrı
təmsil edəcək. Nümayəndə heyətinə
Azərbaycan Respublikasının mədəniyyət və
turizm naziri
Əbülfəs Qarayev rəhbərlik edir.
Azərbaycan.- 2007.- 11 noyabr.- S. 3.