Səudiyyə Ərəbistanında Azərbaycan Mədəniyyəti Günləri başa çatıb

 

Səudiyyə Ərəbistanı Krallığında Azərbaycan Mədəniyyəti Günləri başa çatıb. Mədəniyyət Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, noyabrın 10-da start götürən mədəniyyət günlərində respublikamızı 80 nəfərlik nümayəndə heyəti təmsil edib. 6 gün ərzində Azərbaycan Dövlət Rəqs Ansamblı, Muğam Teatrının instrumental ansamblı, solistlər Azər Zeynalov, Mənsum İbrahimov, Cabir Abdullayev, Təyyar Bayramov, Nəzakət Teymurova, Aygün Bayramova, Lalə Məmmədova, Vüsalə İbrahimova başqalarının iştirakı ilə konsertlər keçirilib. Bununla yanaşı, Mədəniyyət Günlərində Dövlət Pantomim Teatrının yaradıcı kollektivinin ifasında tamaşalar, rəngkarlıq, xalça, milli geyim, mis əşyalar, musiqi alətləri, turizm miniatür kitab sərgiləri nümayiş etdirilib. Mədəniyyət Turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyətində professorlar Vasim Məmmədəliyev, Qəzənfər Paşayev, ərəb dili mühazirəçisi İlqar Paşayev təmsil olunub.

 

Xəzər.- 2007.- 17 noyabr.- S. 19.