Qazaxıstan
mədəniyyət və informasiya nazirinin müavini Askar Burivayevin çıxışı
- Azərbaycan
Respublikasının hörmətli Prezidenti cənab İlham
Əliyev!
Türkiyənin hörmətli Baş naziri cənab
Rəcəb Tayyib Ərdoğan!
Xanımlar və cənablar!
Bügünkü Türk dövlət və
cəmiyyətlərinin XI dostluq, qardaşlıq və
əməkdaşlıq qurultayı xüsusi bir
əhəmiyyət kəsb edən hadisədir. Bu tədbirin
keçirilməsinə görə biz
təşkilatçılara
təşəkkürümüzü bildiririk.
Xanımlar və cənablar!
Son illər ərzində bütün türkdilli
dövlətlər arasında mədəni, mənəvi,
humanitar və digər sahələrdə əlaqələr
getdikcə genişlənməkdədir. Bu dövlətlər
ümumi mədəniyyətə, ümumi tarixi
köklərə, ümumi dilə malikdirlər. Türk
dünyası dünya sivilizsiyasında çox
əhəmiyyətli rol oynamışdır. Bizim
əcdadlarımız tərəfindən yaradılmış
mədəniyyət abidələri hazırda bütün
bəşəriyyətə məxsusdur. Bu
nailiyyətləri, bu dəyərləri yeni
nəsillərə çatdırmaq bizim qarşımızda
duran məqsədlərdən biridir.
Türk dövlət və cəmiyyətlərinin XI dostluq,
qardaşlıq və əməkdaşlıq
qurultayının Bakıda keçirilməsi türkdilli
xalqların əməkdaşlığının bariz
nümunəsidir. Onlar öz mentalitetinə, dilləri, tarixi
ənənələrinə görə bir-birinə çox
yaxındırlar.
Qazaxıstan qardaş Azərbaycanın və digər
türkdilli dövlətlərin
təşəbbüslərini hərtərəfli
şəkildə dəstəkləyir. Növbəti qurultayın
keçirilməsi ideyalar mübadiləsi üçün
çox gözəl bir imkandır ki, bunun da
nəticəsində türk dünyası daha da inkişaf
edə bilsin.
Hörmətli dostlar!
Qurulyatın işinə uğurlar arzulayıram.
Diqqətinizə görə təşəkkür edirəm.
Çox sağ olun.
Azərbaycan.- 2007.- 18 noyabr.- S. 5