Şərqin ilk operasıLeyli Məcnunqurultay iştirakçılarında böyük maraq doğurmuşdur

 

AzərTAc xəbər verir ki,noyabrın 18-də Türk dövlət   cəmiyyətlərinin  dostluq, qardaşlıq əməkdaşlıq qurultayının iştirakçıları Akademik Qperavə BaletjTeatrında Üzeyir Hacıbəyovun "Leyli  Məcnun" operasına tamaşa etmişlər.

Qurultay nümayəndələrinin maraqla izlədikləri üç pərdəli, altı şəkilli tamaşanın dirijoru, Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, quruluşçu rejissoru, Əməkdar incəsənət xadimi Hafiz Quliyev, quruluşçu rəssamı isə xalq rəssamı, dövlət mükafatı laureatı Rafiz İsmayılovdur.

Operada Leyli rolunu Əməkdar artist Gülyaz Məmmədova, Məcnun rolunu isə Səbuhi İbayev ifa etmişlər.

Tamaşada digər rolları əməkdar artistlər Sabir Əliyev, Elçin Həşimov, Elnur Əhmədov aktyorlar Afaq Ağayeva, Elza Qarabağlı, Nizami Bağırov, Elnur Zeynalov başqaları ifa etmişlər.

Üzeyir Hacıbəyovun böyük ustalıqla, sonsuz sevgi ürəklə yaratdığı opera qurultay iştirakçılarında böyük maraq doğurmuşdur.

 

Azərbaycan.- 2007.- 20 noyabr.- S. 6.