Milli Kitabxana
müasirləşir
Kitabxananın fondunda 4 milyon 513 min çap
məhsulu qorunub saxlanılır
Yəqin ki, hər bir
ziyalı Mirzə Fətəli Axundov adına Milli Kitabxanada
olub, bu və ya digər xidmətlərdən istifadə edib. Bu
gün çoxları bu elm ocağını xoş hisslərə
xatırlayır. Ölkəmizin ən zəngin kitabxanasında
hazırda vəziyyət necədir? Elə kitabxananın
direktor müavini Mələk Hacıyeva ilə
söhbətimiz də kitabxanada aparılan son yeniliklər
və başqa məsələlərlə bağlı oldu.
- Mələk xanım, kitabxananın
tarixi çox qədimlərə gedib çıxır...
- Elədir. Artıq 85 ili tamam
olan kitabxana 1922-ci ildə yaradılıb. Kitabxananın rəsmi açılış mərasimi
isə 1923-cü il mayın 23-də keçirilib. Kitabxana yeni yarandığı illərdə onun fonduna təqribən 5 min nüsxə hədiyyə
verilib.
Fondda sistemli
kataloq da tərtib edilib
- Kitabxana əvvəllər
də bu binada fəaliyyət göstərirdi?
- Xeyr. Əvvəllər başqa binada
oxucularına xidmət
göstərirdi. Kitabxanaya Mirzə Fətəli
Axundovun adı 1939-cu ildə verilib. Kitabxananın memarlıq baxımından
tarixi abidə kimi qiymətləndirilən bu əzəmətli binaya köçürülməsi 1961-ci ilə təsadüf etdi. Onu da deyim ki,
binanın yerinin seçilməsində və
tikilməsində görkəmli
xalq yazıçısı
Süleyman Rəhimovun
böyük xidmətləri olub.
Binanın layihəsini hazırlamaq
isə akademik Mikayıl Hüseynovun zəhmətinin bəhrəsidir.
- Hazırda kitabxanada neçə şöbə
fəaliyyat göstərir?
- Hazırda kitabxanada 25 şöbə,
26 bölmə fəaliyyət
göstərir. Kitabxanada həmçinin,
müxtəlif oxucu kateqoriyasına xidmət göstərən zallar da yaradılıb. Dövri mətbuat zalı 67 oxucuya xidmət göstərmək iqtidarındadır.
Zalda 4 illik jurnal və
5 illik qəzetlər saxlanılır. Azərbaycan və
rus dillərində
152 adda qəzet, 47 adda jurnal mövcuddur.
Tələbələrə xidmət göstərən
zal 280 oxucu üçün nəzərdə
tutulub. Ədəbiyyat əsas etibarı
ilə Fondların Mühafızəsi Şöbəsindən
alınır. Oxucu qrupları
əsasən, tələbələr,
orta təhsilli qulluqçular, fəhlələr,
təqaüdçülərdən ibarətdir. Köməkçi Fond bölməsində 6 min 367 nüsxə
ədəbiyyat qorunur.
Fondda əlifba və sistemli kataloq da tərtib edilib. Köməkçi
fond hər yay mövsümündə yoxlanılır,
köhnəlmiş kitablar
fonda qaytarılır
və yeniləri ilə əvəz edilir. Burada ensiklopediyalar, lüğətlər,
məlumat sorğu kitabları, dərslik və başqa ədəbiyyatlar da saxlanılır. Fəlsəfə, tarix, ədəbiyyat, iqtisadiyyat, hüquq, tibb, texnika və
başqa sahələr
tamamilə əhatə
olunub. Humanitar elmlər zalında
isə 36 oxucu üçün yer ayrılıb. 2368 nüsxə qorunur. Bunların 823 nüsxəsi
Azərbaycan, 1545 nüsxəsi
rus dilində cap edilib. Hər il zalın
kitab fondu yenilənir. Dəqiq və texniki
elmlər zalı isə 22 oxucu üçün nəzərdə
tutulub. Bu zalda da yardımçı
ədəbiyyat fondu mövcuddur. Fondda 2500 nüsxə
ədəbiyyat toplanılıb.
Xarici ədəbiyyat oxu zalı isə 20 nəfərlik oxucu auditoriyası üçün
nəzərdə tutulub.
2500 nüsxə saxlanılır. Bundan başqa
müxtəlif dillərdə
qezet və jurnallar da oxuculara
təqdim edilir.
"Heydər Əliyev
öz şəxsi kitabxanasından yüzlərlə
kitab hədiyyə edib"
Hazırda kitabxananın fondunda nə qədər nüsxə qorunur?
- Kitabxananın fondunda 4 milyon 513 min çap məhsulu
qorunub saxlanılır.
Əgər unutmamısınızsa, dahi siyasətçimiz Heydər Əliyev də 4 dəfə Milli Kitabxanada olub və öz
şəxsi kitabxanasından
yüzlərlə kitabı
hədiyyə edib.
2005-ci ildə kitabxanaya 21 min nüsxə
yeni ədəbiyyat verilib. Hər il kitabxananın
fonduna belə hədiyyələr edilir.
- Yerli və xarici
kitabxanalarla əlaqə
mövcuddur?
- İxisaslaşdırılmış Xarici
Ədebiyyat Şöbəsi
2005-ci ildən etibarən
beynəlxalq kitab mübadiləsini bərpa
edərək, dünyanın
60-a qədər kitabxanası
ilə əlaqə yarada bilib. Əvvəllər bu kontakt mövcud
olsa da, çox zəif idi.
- İnformasiya texnologiyaları
sahəsində hansı
uğurlar əldə
edilib?
- 1999-cu ildən başlayaraq, informasiya texnologiyalarından istifadəyə start verilib. 2000-ci ildə kitabxanada internet zalı yaradılıb və 2001-ci ildən etibarən tədris mərkəzi fəaliyyətə başlayıb. 2003-cü ildən başlayaraq isə kitabxanada avtomatlaşdırılmış idarəetmə sisteminin tətbiqinə başlanılıb. Sistemin proqram təminatı ABŞ-ın VTLS-kitabxanalar üçün xüsusi avtomatlaşdırılmış pronramlarla işləyən təşkilatlar tərəfindən həyata keçirilib. Bura elektron kataloqun tərtibi, elektoron kitabxananın təşkili, oxucuların qeydiyyatı, kitab verilişi, kitab fondunun kompüterləşdirilməsi, respublikanın bütün iri kitabxanalarının toplu kataloqunun yaradılması daxildir. Elektron kataloqla yanaşı, Milli Kitabxanada kitab fondlarının elektron versiyasının, yəni kitabların mətninin kompüter yaddaşına köçürülməsi işinə də başlanılıb.
Kitabxanaya bir ildə 35 min
oxucu gəlir
-
İl
ərzində kitabxanaya
təqribən nə qədər oxucu müraciət edir?
-
İl ərzində
kitabxanaya müraciət
edən oxucuların sayı son hesablamalara görə, təqribən
35 mini keçir. Kitabxanaya gələnlərin sayı isə 245 min nəfərə çatıb.
- Son illər kitabxanaya müraciət edənlərin
sayında artım müşahidə edilirmi?
- Son apardığımız araşdırmalar
zamanı oxucuların
sayının xeyli artdığını gördük.
Artım istər tələbələr, istərsə də digər oxucu kateqoriyası
arasında özünü
qabarıq büruzə
verir.
Üç nöqtə.- 2007.- 17 noyabr.- S. 23.