Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanununa dəyişiklik və əlavələr edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu


Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Kütləvi informasiya vasitələri haqqındaAzərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹ 2, maddə 82; 2001-ci il, ¹ 12, maddə 736; 2002-ci il, ¹ 3, maddə 116, ¹ 5, maddə 245; 2004-cü il, ¹ 2, maddələr 57, 58; 2005-ci il, ¹ 4, maddə 278; Azərbaycan Respublikasının 2007-ci il 5 iyun tarixli 375-IIIQD nömrəli Qanunu) aşağıdakı dəyişiklik əlavələr edilsin:
1. 14-cü maddədə beşinci-səkkizinci hissələr müvafiq olaraq altıncı-doqquzuncu hissələr hesab edilsin maddəyə aşağıdakı məzmunda beşinci hissə əlavə edilsin
:
Kütləvi informasiya vasitəsinin adında dövlət təşkilatlarının, beynəlxalq qurumların, idarə müəssisələrin, yerli özünüidarəetmə orqanlarının adından istifadə olunmasına həmin qurumların razılığı ilə yol verilir.”.
2. 29-cu maddədəKitab Palatasınasözlərindən sonra “, Az
ərbaycan Mətbuat Şurasına,” sözləri əlavə edilsin.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 oktyabr 2007-ci il

 

Xalq qəzeti.- 2007.- 27 noyabr.- S. 1.