Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanununa dəyişiklik əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2007-ci il 19 oktyabr tarixli 463-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


Kütləvi informasiya vasitələri haqqındaAzərbaycan Respublikasının Qanununa dəyişiklik əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2007-ci il 19 oktyabr tarixli 463-IIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:
1.1. qüvvədə olan qanunvericilik aktlarınınKütləvi informasiya vasitələri haqqındaAzərbaycan Respublikasının Qanununa dəyişiklik əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uy
ğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. öz səlahiyyətləri daxilindəKütləvi informasiya vasitələri haqqındaAzərbaycan Respublikasının Qanununa dəyişiklik əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.
2. Bu Sərəncam dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 noyabr 2007-ci il.

 

Xalq qəzeti.- 2007.- 27 noyabr.- S. 1.