Sabirqızı Ü.

 

Bakılı oğlanlar”ın Moskvada benefisi olub

 

Bəhram Bağırzadə: "Bu, çox xoş təsirli idi"

 

 Dünən Beynəlxalq Şən Hazırcavablar Klubu (BŞHK) günü idi. Həmin tarix BŞHK-nın prezidenti Aleksandr Maslyakovun təklifi ilə 2001-ci ildən qeyd olunur. Bəlli olduğu kimi, ilk Beynəlxalq Şən Hazırcavablar Klubunun verilişi 1961-ci il noyabrın 8-də efirə cıxıb. "Bakılı oğlanlar" komandasının üzvü Bəhram Bağırzadənin sözlərinə görə, noyabrın 8-i onlar üçün ikiqat bayramdır. Çünki həm "Bakılı oğlanlar"ın 15 yaşı tamam olur. Yubiley münasibətilə onlar Moskvaya dəvət olunublar ORT telekanalında Aleksandr Maslyakovun "Vne iqrı" proqramının qonağı olublar: "Moskvadan 2 gün əvvəl qayıtdıq. Veriliş bizim yubileyimizə həsr olunmuşdu. Çəkilişlər "Kalibr" zavodunda aparıldı. Bizim 15 illik yubileyimiz münasibətilə çox böyük benefis təşkil olunmuşdu. Çəkilişdə 4 komanda - Xarkov Aviasiya İnstitutu, Dnepropetrovski Dövlət İnstitutu, Tomsk ŞHK "Bakılı oğlanlar" iştirak etdilər. Həm köhnə ŞHK, həm gənc komandalar bizi təbrik etdilər. Bu çox xoş təsirli idi. Təəssüf ki, Azərbaycanda bu verilişə çox adam baxa bilməyəcək, ŞHK-nin növbəti uğurunu görməyəcək, axı hər adamın evində çanaq anteni yoxdur". 1992-ci il dekabrın 24-də "Bakılı oğlanlar" ermənilər üzərində qələbə çalaraq, ilk dəfə çempion olublar. Odur ki, ŞHK iki bayramı birdən qeyd edəcək. Həmin gün yubiley mərasiminin keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, Bəhram Bağırzadə hazırda naşir kimi fəaliyyət göstərir. O, "Memarlıq qalereyası" jurnalıburaxır. Bundan başqa, "Space" telekanalında müəllif proqramı təqdim edir.

 

Gün.- 2007.- 9 noyabr.- S. 14.