İstiqlal muzeyi və
İstiqlal
abidəsinin yaradılması
ilə bağlı müsabiqə yekunlaşmışdır
Azərbaycan Respublikası
Prezidentinin "Azərbaycan Respublikasının paytaxtı
Bakı şəhərində İstiqlal muzeyinin
yaradılması və İstiqlal abidəsinin
ucaldıması haqqında" 18 dekabr 2006-cı il tarixli
sərəncamına əsasən 2007-ci ilin aprel-oktyabr
aylarında Bakı şəhərinin Dağüstü
Parkında ucaldılacaq İstiqlal abidəsinin
layihələndirilməsi üzrə açıq beynəlxalq
müsabiqə keçirilmişdir.
Müsabiqəyə
materialların hazırlanması və müsabiqənin
təşkilati məsələlərinin həllinə
Azərbaycan Respublikasının Xarici İşlər,
Ekologiya və Təbii Sərvətlər nazirlikləri,
Bakı Şəhər İcra Hakimiyyəti, Xarici
Ölkələrdə Yaşayan Azərbaycanlılarla
İş, Dövlət Əmlakının İdarə
Edilməsi üzrə Dövlət komitələri,
Azərbaycan Milli Elmlər Akademiyası, Rəssamlar və
Memarlar İttifaqı da cəlb olunmuşdur. Musabiqənin
təşkilati və texniki şərtlərini əks
etdirən elan Azərbaycan, ingilis və rus dillərində bir
sıra yerli və xarici qəzetlərdə nəşr
olunmuş, internet saytlarında yerləşdirilmiş və
Azərbaycan Respublikasının xarici
ölkələrdəki səfirliklərinə verilmişdir.
Azərbaycandan, həmçinin Avropa, Asiya, Şimali Amerikadan
Aysel, Hüseynov Ramiz (Azərbaycan), Qasımzadə Elbay,
Qurbanəliyev Zaur (Azərbaycan) və Qasımov Xanlar (ABŞ)
həvəsləndirici mükafata layiq görülmüşdür.
Xalq qəzeti.- 2007.- 13
noyabr.- S. 5.