Elmi Bərpa Mərkəzində 9000-dən
artıq əşya bərpa olunub
Əbülfəs
Qarayev: "Torpaqlar azad edildikdən sonra əsas işimiz muzey
və mədəniyyət mərkəzlərini bərpa
etmək olacaq"
"Cəbrayıl muzeyində saxlanılan eksponatların çıxarılmasma müvəffəq olmuşuq. Bu gün həmin eksponatlar İstiqlal Muzeyində saxlanılır". Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin məlumatına görə, müəyyən qədər korlanmış muzey eksponatları artıq bərpa edilir:
"Torpaqlarımız azad olunduqdan sonra bizim əsas işimiz orada muzeylərin, mədəniyyət mərkəzlərinin bərpasından ibarət olacaq. Çünki işğaldan çıxacaq əşyaların normal vəziyyətdə olması qeyri-mümkündür. Bu gün biz haray salmaq, bu problemi dünya ictimaiyyətinə çatdırırıq, ancaq onlara əlimiz çatmır. Binadan tutmuş orada saxlanılan ən xırda sərvətə qədər hər bir şey bərpa olunacaq".
Yeri gəlmişkən qeyd edək ki, bu günə
qədər Elmi Bərpa Mərkəzində
Azərbaycan mədəniyyətinə
məxsus 9000-dən artıq əşya bərpa olunub. Bərpa olunan sərvətlər sırasında
xalçalar, əlyazmalar,
tanınmış insanların
şəxsi məktubları,
rəsm əsərləri,
saxsı və metaldan hazırlanmış
əşyalar, silahlar,
rəngkarlıq və
qrafika əsərləri,
poliqrafiya nümunələri
var.
Ayna.- 2007.- 26 oktyabr.- S. 8.