Muzey Mərzi ilə Stavanger Arxeologiya muzeyləri arasında əməkdaslıq sazi imzalandı

 

Norveçin Stavanger şəhəri Arxeologiya Muzeyinin nümayəndə heyəti sentyabrın 23-də Azərbaycana səfər etdi. "Azərbaycan və Norveç muzeyləri arasında mədəni əlaqələr" adlı səfərdə qarşılıqlı əməkdaşlığa dair müqavilə imzalanması nəzərdə tutulmuşdu. Bu məqsədlə Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Norveçin Stavanger şəhərinin Arxeologiya muzeyinin direktoru Harold Yakobson və muzeyin meneceri Anna Karis Karı qəbul etdi.

Layihənin əsası Azərbaycan və Norveç tərəflərinin "Karvan - Azərbaycanın odlar yurdu" sərgisi ilə qoyulmuşdu və Azərbaycan və Norveç muzeyləri arasında əlaqə və əməkdaşlığın gələcək inkişafı və möhkəmlənməsi və iki ölkə arasında gələcək mədəni əlaqələrin və əməkdaşlığın asanlaşdırılması ilə bağlı qarşılıqlı marağa əsaslanırdı.

Azərbaycan və Norveç arasında sıx mədəni əlaqələrin mövcud olduğunu bildirən Əbülfəs Qarayev məhz Norveçin köməyi ilə İçərişəhər yə Qobustan abidələrinin YUNESCO-nun mədəni irs siyahısına salındığını qeyd etdi: "Bu əməkdaşlıq müqaviləsi Azərbaycan və Norveç muzeyləri arasında əlaqələr yaratmaq məqsədini daşıyır. Bu gün Qarabağda işğal altında qalan və dağıdılan muzeylərin vəziyyəti ilə bağlı məlumat veriləcək. İşğal altında qalan Cəbrayılın tarix-diyarşünaslıq muzeyinin əşyaları xilas dunub. Hazırda Muzey Mərkəzində qorunur. Stavanger şəhəri Arxeologiya Muzeyinin Azərbaycan nümunələrinin təbliğində böyük rolu var".

Nazir onu da bildirdi ki, 6 ay müddətində bu sərgiyə 10 min tamaşaçı maraq göstərib: "Bu da bizim mədəniyətimizin zənginliyindən xəbər verir. Nəzərdə tutulan seminarlar belə təqdimatların keçirilməsində stil və təcrübə mübadiləsi aparmağa, artıq yeniləşən Azərbaycan muzeylərində belə sərgiləri təşkil etməyə imkan verəcək". Azərbaycan və Norveç arasında eyni zamanda elmi əlaqələr yaranması, mədəni irsin qorunması ilə bağlı müəyyən layihələrin həyata keçirilməsi də planlaşdırılır. Razılaşma üçün xərclər Norveç xarici işlər nazirliyi və Statoyl şirkəti, Azərbaycan tərəfindən isə səlahiyyətli orqanlar tərəfindən. nəzərdə tutulub.

Görüşdən sonra "Azərbaycan Norveç muzeyləri arasında əlaqələr" sazişi imzalandı. Sazişə əsasən bu ilin payızında hər iki ölkənin muzey işçilərinin iştirakı ilə I seminar keçiriləcək. 2008-ci ildə isə müqaviləyə uyğun olaraq II seminarın Oslo şəhərində keçirilməsi nəzərdə tutulub.

 

Kino+.- 2007.- 3 oktyabr.- S. 2.