Nəzakət
Nobel
qardaşlarının ev-muzeyi Şərq üslubunda
bəzədilib
Bakıda səfərdə olan Nobel nəslinin nümayəndələri No-bel qardaşlarının neft çıxardıqları ərazilərə baş çəkib, bir sıra görüşlər keçirib və Nobel qardaşlarının Fəhla prospektindəki ev muzeyində olublar.
Müasir üslubda, incə zövqlə təmir olunmuş evdə Nobel qardaşları-na məxsus portretlər, digər neft maqnatları və Balaxam neft mədənlə-rini əks etdirən fotoşəkillər, çeklər, səhmlər, Bakı şəhərinin qədim təs-virləri, ev əşyaları, mebel dəsti, kitab və lüğətlər, ailəyə məxsus qro-mofon, Şərq üslubunda yerə salınmış qədim Azərbaycan kimi qonaq-larda böyük təəssürat yaratdı.
Nobel qardaşları nəslinin davamçısı Turbien Nobel gördüklərindən məmnun qaldığını bildirdi. Vurğuladı ki, Azərbaycana gəlməkdə məq-səd ata babam Lüdviq Nobeli milyonçu edən ölkə ilə tanış olmaqdır. Onun sözlərinə görə, bir vaxtlar ata babasma məxsus şirkətdə çalışan isveçlilərin ailə üzvləri də Azərbaycanı görmək arzusundadırlar.
Nobel Asossiasiyasının rəhbəri Tomas Tüden Azərbaycanın iqtisa-di inkişafını, ölkəmizin Avropanın enerji ehtiyatları ilə təmin etmək niy-yətində olmasını yüksək qiymətləndirmişdir: "Nobel qadaşlarının ev muzeyinin yenidən qurulması, əsaslı təmir olunması bizi çox sevindir-di. Biz bu təəssüratlarımızı mütləq İsveçə aparacağıq".
Nümayəndə heyəti 1941-1945-ci illərdə faşizm üzərində qələbə, müasir dünyada isə dinclik və sülh naminə Azərbaycan neftinin verdi-yi töhfələri yüksək dəyərləndirdi. Bildirdi ki, Azərbaycan nefti nəinki region, hətta bütün Avropa üçün əsas enerji mənbəyi hesab edilir.
Bu və digər amilləri əsas götürən Nobel qardaşlarmın nümayəndə-ləri Azərbaycan neftinin Nobel mükafatma layiq görülməsini təklif etdi-lər. Onların fikrincə, buna çoxlu əsaslar vardır. Nobel qardaşları məhz Azərbaycan neftinin hesabına milyonçu olublar, Bakı neftindən gələn vəsait hesabına 1901-ci ildə Nobel mükafatını təsis ediblər. Nobel qar-daşlarmın vəsiyyətnaməsində də bu xüsusilə qeyd edilir ki, mükafatın yüksək səviyyədə təqdimatı və yaşaması Bakı neftinin gəlirləri əsasın-da həyata keçirilib.
Turbien Nobel qeyd
etdi ki, Azərbaycan bunun üçün Norveç
parla-mentində sözügedən işlə
məşğul olan kornitəyə müraciət
etməlidir. Nobel nəslinin davamçıları
bunun üçün
Azərbaycana istənilən
dəstəyi göstərməyə
hazır olduqlarını
bildirdilər.
Səs.- 2007.- 20 oktyabr.- S. 12.