Qaliboğlu E.

 

Alban mədəniyyətinə erməni təcavüzü

Bu yaxınlarda Faiq İsmayılovun Əlibala Ağayevin müəllifliyiylə "Alban mədəniyyətinə erməni təcavüzü" adlı kitab işıq üzü görüb. Kitab Azərbaycanın işğal olunmuş ərazilərindəki Tarixi ədəniyyət Abidələrini Müdafiə Təşkilatı ictimai birliyinin tövsiyəsiylə çap edilib.
Kitabda Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarındakı tarix, memarlıq abidələrinin, mədəniyyət, incəsənət nümunələrinin, həmçinin xristian dövrü abidələrinin, xüsusilə alban mədəniyyətinin ermənilər tərəfindən necə mənimsənildiyi təkzibolunmaz faktlarla sübut olunub: "19-cu əsrin əvvəllərində Rusiyanın təşəbbüsüylə Azərbaycan torpaqlarına köçürülən ermənilər məskunlaşdırıldıqları ərazilərdə yerli əhalinin maddi-mədəniyyət nümunələrini dağıtmaq, əmlaklarını qarət etmək, evlərini və torpaqlarını əllərindən almaq, dinc insanlara qarşı qətllər törətmək, onların gözlərini qorxudaraq evlərindən qovmaq, nə yolla olursa-olsun, Cənubi Qafqazın bütün torpaqlarını xristianlaşdırmaq kimi tapşırıqlar alırdılar".

Kitabda erməni riyakarlığının iç üzü faktların diliylə, məntiqi şəkildə açılır, davamlı qənaətlərə gəlinir: "Ermənilər təbii ki, məskunlaşdırıldıqları ərazilərdə üzərlərinə qoyulan bu vəzifələri itaətkar bir şəkildə icra edərək Cənubi Qafqazda Azərbaycançılığı və türkçülüyü xatırladan hər nə varsa, hamısını gizli və aşkar şəkildə məhv edirdilər"Azıx mağarasında aparılan qeyri-qanuni qazıntı işləri ilə bağlı kitab müəllifləri yazırlar: "2001-ci ilin yayında Ermənistan Ekspedisiya Arxeologiya və Etnoqrafiya İnstitutunun dəvəti ilə Böyük Britaniya, İspaniya, Hiderland və İslandiya mütəxəssisləri Azıx mağarasında arxeoloji qazıntı işlərinə başladılar. Bu məsələ demək olar, bir neçə il erməni mətbuatının bəzəyinə çevrildi. Lakin ermənilər 5 ildən çox Azıx mağarasında apardıqları elmi-tədqiqat işlərinin nəticəsi olaraq bu barədə ortaya sanballı elmi məlumatlar qoya bilmədilər".

 

Xalq cəbhəsi.- 2007.- 27 oktyabr.- S.14.