Alim
Azərbaycanın tarixi
abidələri dağıdılır
Dünən Xarici
İşlər Nazirliyində ənənəvi
həftəlik mətbuat konfransı keçirilib. XİN-lə
Heydər Əliyev Fondunun birgə çap etdirdiyi
"Azərbaycana qarşı müharibə: mədəni irsin
hədəfə alınması" kitabı barədə
məlumat verən nazirliyin əməkdaşı
Kəmalə İmranlının bildirdiyinə görə,
kitab ingilis dilində çap edilib.
Azərbaycan
dəfələrlə beynəlxalq təşkilatlara
işğal olunmuş ərazilərdə mədəni-tarixi
abidələrin ermənilər tərəfindən məhv
edilməsi, Şuşanın mədəni simasının
dəyişdirilməsi barədə müraciət
ünvanlayıb. Avropa Şurasının Baş Katibi Terri
Devis Ermənistan və Azərbaycana
faktaraşdırıcı missiyanın göndərilməsi
təşəbbüsü ilə çıxış edib.
Həmin təşəbbüsün Azərbaycanın maraqlarına
uyğun həyata keçirilməsini təmin etmək
üçün XİN xüsusi albomun hazırlanması
təşəbbüsünü irəli sürüb.
Artıq işıq üzü görən albomda Qafqaz albanlarının
dini memarlıq abidələri, bütün işğal
olunmuş ərazilər, o cümlədən
Ermənistandakı mədəni-tarixi abidələr və
onların işğaidan sonrakı vəziyyəti
barədə məlumatlar əks olunub. Alboma eyni zamanda sadalanan
məlumatları əks etdirən sənədli film və
albomun multimedia variantından ibarət kompakt disk daxil edilib. Məlumat
kitabında mədəniyyət sərvətlərimizin siyahıları,
xaritələri və onların işğaldan əwəlki və
sonrakı vəziyyətlərini əks etdirən foto və
kosmik şəkillər yerləşdirilib. Kitabda
həmçinin Qazax rayonunun işğal altında olan 7
kəndi və Naxçıvanın Sədərək rayonunun
Kərki kəndi barədə məlumatlar da yer alıb:
"Hər hansı ərazidə hansı xalqın və
dinin nümayəndələrinin yaşamasını ilkin
olaraq tarixi və mədəni abidələr xəbər
verir. Ermənilərin dövlət səviyyəsində
məqsədyönlü şəkildə Azərbaycan
xalqına məxsus tarixi və mədəni abidələri
dağıtmalarının səbəbi hamıya məlumdur.
Bu səbəblərin ən başlıcası
azərbaycanlıların bu ərazilərdə
əsrlərlə mövcudluğundan xəbər verən
hər bir izi itirməkdir. Hətta ermənilər məkrli niyyətlərinə nail olmaq üçün Azərbaycan mənşəli
toponimləri də siliblər". XİN mətbuat
xidmətinin rəhbəri
Xəzər İbrahim
isə bildirdi ki, ABŞ Konqresində Azərbaycanla bağlı
fəaliyyət göstərən
işçi qrupuna daha 2 konqresmen qoşulub. Bununla işçi qrupunun üzvlərinin sayı
22-yə çatıb.
Onlardan biri Ohaya ştatından olan respublikaçı, digəri isə demokratları təmsil edir. Azərbaycanın bu ölkədəki səfirliyi işçi qrupunun üzvlərinin sayının
artırılması istiqamətində
iş aparırlar. X.İbrahimin bildirdiyinə
görə, oktyabrın
9-10-da İspaniyanın Kordova
şəhərində ATƏT-in "Müsəlmanlara qarşı dözümlülük
və ayrıseçkilik"
mövzusunda beynəlxalq
konfrans keçiriləcək.
Konfransda İspaniya kralı, ATƏT-in fəaliyyətdə olan sədri və ATƏT-in Baş Katibi
iştirak edəcək.
Olaylar.- 2007.- 9 oktyabr.- S. 8.