Qobustan tarixi irsimizdir
və onu qorumaq lazımdır
Azərbaycan
Mədəniyyət və Turizm Nazirliyinin
təşəbbüsü ilə oktyabrın 25-də
ABŞ-ın və Yuna-nıstanın ölkəmizdəki
səfirləri Ann Ders və Ternis-tokles Demidis Qobustan
tarix-diyarşünaslıq qo-ruğunda olmuşlar.
YUNESKO 4 min hektardan artıq ərazidə yer-ləşən və 6 min qayaüstü rəsmin qorunduğu bu qədim abidəni dünya irsi siyahıstna daxil etməyi qərara almışdır. Qoruğun konservasiyasma ehti-yac var və bu işdə beynəlxalq təcrübədən istifa-də vacibdir,
Nazir Ə.Qarayev demişdir: "Bu məsələnin YU-NESKO-da müzakirəsi zamanı bizi dəstəkləyən və tarixi abidələrin qorunması sahəsində yetərin-cə təcrübəsi olan ölkələrin səfirlərini Qobustana dəvət etmişik. Fikrimcə, belə məsələlərin həllinə təcrübəsi olan daha çox insanlarm cəlb edilməsi milli mədəniyyətimizin ən yaxşı təbliğidir".
Nazir vurğulamışdır ki, Prezident İlham Əliyevin göstərişinə müvafiq olaraq, ətraf yolların, su kəmərlərinin bərpasına, yeni binanın tikintisinə
hazırlıq görülür.
Jurnalistlərin suallarına
cavab verən nazir bil-
dirmişdir ki, ərazinin eroziyaya məruz qalması tə-bii haldır və ayrı-ayrı ölkələrdə bununla
müxtəlif cür
mübarizə aparılır.
Bəzi ölkələrdə
belə ərazilə-ri
şüşə hasara
alır və oraya heç kimi buraxmırlar. Qobustanı şüşə
ilə bağlamaq mümkün deyil və buna ehtiyac
yoxdur. Ayrı-ayrı
əraziləri konserva-siya
etmək kifayətdir.
Qədim insan məskənf ilə tanışlıqdan məmnun
qalan səfir Ann Ders bu fikirlə
razılaşmışdır. O demişdir: "Səfəri
təşkil edən Mədəniyyət və
Tu-rizm Nazirliyinə təşəkkürümü bildirir və düşünü-rəm ki,
bu sahədə birgə səmərəli
iş aparacağıq.
Mən Azərbaycan mədəniyyətinin zəngin
olduğu-nu bilirdim. Qobustana səfərdən
və qayaüstü rəsmlərlə tanışlıqdan
sonra buna tam əmin ol-dum".
Sonra qonaqlar Roma imperiyası legionerlə-rindən yadigar qalan qayaüstü
yazı ilə tanış ol-muşlar. Daşın üzərində
yazılmışdır: “İldırımsürətli XII
Legion. İmperator Domisianus Maksimus”.
Respublika.- 2007.- 26 oktyabr.- S. 6.