Nəsibli E.

 

Ağstafada mədəniyyət abidələri qorunur

 

Ölkəmizin digər bölgələri kimi, bu gün Ağstafa rayonu da dinamik inkişaf yoluna qədəm qoyub. Təzə ucaldılan binalar, salınan xiyabanlar, parklar, asfaltlaşdırılan yollar, genişləndirilən işıqlı küçələr rayonun görkəmini tamam dəyişərək yeniləşdirmiş, sanki bura yeni nəfəs, yeni ruh verilmişdir. Rayonda aparılan tikinti-adadlıq, quruculuq işlərinin gedişindən aydın görünür ki, fəaliyyət göstərən təşkilatlar öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırlar. Bu baxımdan rayon mədəniyyət və turizm şöbəsinin fəaliyyəti də təqdirəlayiqdir. Şöbənin müdiri Gülgün Kərimov rəhbərlik etdiyi təşkilatın gördüyü işlərdən söhbət açaraq dedi:

- Şöbənin nəzdində 12 mədəniyyət evi, 49 kitabxana-filial, bir musiqi rnəktəbi, 2 muzey fəaliyyət göstərir. 38 klubdan 4-ü rayon rnərkəzində, 34-ü isə kəndlərdədir. Kitabxana filiallarının 5-i rayon mərkəzində, 4-ü kəndlərdə yerləşir. Yeri gəlmişkən qeyd edim ki, 38 klub müəssisəsindən 19-nun, 49 kitabxana filialından isə 32-nin əsaslı və cari təmirə ehtiyacı vardır. Bu sahədə müəyyən işlər görməyə çalışırıq. Belə ki, Böyükkəsik kənd 16 saylı kitabxana filialının yerləşdiyi bina tələbata cavab vermirdi. 2005-ci ildən isə fəaliyyətini dayandırmışdı. Hazırda bu problem həll olunub. Kitabxana filialının fəaliyyəti bərpa edilib.

Aşağı Kəsəmən kənd klubu 40 saylı kitabxana filialı yeni binalara köçürülmüş bir sıra inventar avadanlıqla təmin edilmişdir.

Poylu qəsəbə klubunda da cari təmir işlərinə başlanılmışdır. Rayon Kino-Video Birliyi təmir edilərək Gənclik Əyləncə Mərkəzinin istifadəsinə verilmişdir.

Şəhərimizdə MSK sistemi üçün yeni, müasir tələblərə cavab verən bina tikilmişdir. Onun yerləşdiyi binada təmir işləri apalmış həmin bina rəsm qalereyası üçün nəzərdə tutulmuşdur. Bu yaxınlarda rəsm qalereyasının açılışını edəcəyik. Qalereya 2008-ci ildən fəaliyyətə başlayacaq.

Kitabxana kollektoru ilə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən 1163 manatlıq kitabxana texnikası alıparaq istifadəyə verilmişdir.

Artıq kitabxana fondumuzda 40 min 496 nüsxə iatın qrafikalı ədəbiyyat var.

İndi oxuçular kitabxanalara üz tuturlar. Çünki latın əlifbası ülə oxuyanlar üçün ədəbiyyat var.

Bir sıra kənd klublarında, kitabxanalarda daxili imkanlar hesabına qışa hazırlıqla əlaqədar təmir işləri aparılır.

Onu da vurğulayım ki, rayonumuzda 51 adda tarixi mədəniyyət abidəsi var. Onların qorunması üçün bütün səyləri edirik. Bununla bağlı yerli icra nümayəndələrinə, bələdiyyələrə məktublar göndəririk. Qorunma nişanları hazırlayıb abidələrə vururuq. Əhali ilə görüşüb həmin abidələrin əhəmiyyəti barədə söhbətlər aparırıq. Onların qorunmasında dövlətə yardımçı olmalarına çalışırıq.

Rayonumuzda bir musiqi məktəbi fəaliyyət göstərir. Amma tələbat olduğundan ikincisinin açılmasını istəyirik. Bu barədə rayon icra hakimiyyətinə məlumat vermişik. inanırıq ki, bu məsələ öz müsbət həllini tapacaqdır.

Rayonumuzda aşıqlar instrumental ansambllar, musiqi məktəbi nəzdində, isə uşaqlardan ibarət xalq çalğı alətləri ansamblı fəaliyyət göstərir.

Bayram mərasimlərində mədəniyyət işçilərmiz cəbhə bölgələrinə gedib "N" saylı hərbi hissənin əsgərləri qarşısında maraqlı konsert proqramları ilə çıxış edirlər.

Milli mədəni dəyərlərimizin qorunması, inkişaf etdirilməsi, uşaq yeniyetmələrin musiqi biliklərinə yiyələnməsi sahəsində, habelə Azərbaycan dünya klassiklərinin, müasir ədəbi nümunələrin təbliği, tarix mədəniyyət abidələrinin, muzey eksponatlarının qorunaraq gələcək nəsillərə çatdırılması istiqamətində bir sıra əməli işlər görülmüşdür.

Bir sözlə, görüləcək işlər çoxdur. Çalışacağıq ki, onların öhdəsindən ləyaqətlə gələk.

 

Azərbaycan.- 2007.- 19 oktyabr.- S. 7.