Tarixi abidələrimizin
məhv edilməsinin qarşısı alınmalıdır
Elmar Məmmədyarov
YUNESKO-nu əməli kömək göstərməyə
çağırıb
Azərbaycan toleriantlığa və etnik qruplara münasibətə görə bütün dünyaya nümunə ola bilər. Bu fikri YUNESKO-nun 34-cü Baş Konfransında, quruma üzv olan 193 ölkədən 2 min nümayəndənin iştirak etdiyi və ümumi siyasət üzrə müzakirəyə həsr olunmuş konfransın nümayəndə heyəti başçılarının iştirakı ilə keçirilmiş plenar yığıncağında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov səsləndirib.
Oktyabrın 16-18-də Parisdə keçirilən YUNESKO-nun 34-cü Baş Konfransında E.Məmmədyarov ölkəmizin ən qədim mədəni abidələrindən biri olan Qobustanın bu yaxınlarda Dünya İrs Siyahısına daxil edildiyini və 2006-cı ildə qeyri-maddi irsin qorunmasına dair Konvensiyanın qüvvəyə minməsinin mühüm hadisə olduğunu, Azərbaycanın bu Konvensiyanı artıq ratifikasiya etdiyini diqqətə çatdırıb. O, muğamın YUNESKO-nun şah əsərləri siyahısına daxil edildiyini söyləyib.
Ölkəmizlə YUNESKO arasında əməkdaşlıq məsələlərinə toxunan nazir, Azərbaycanın birinci xanımı, YUNESKO-nun xoşməramh səfiri Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun səyləri nəticəsində təşkilatla Azərbaycan arasında sıx əməkdaşlıq əlaqələrinin yarandığını və inkişaf etdiyini xüsusi vurğulayıb. Nazir deyib ki, Fondun təşəbbüsü sayəsində təhsil və mədəniyyət məsələlərini əhatə edən beynəlxalq konfranslar keçirilib, ölkədə bir çox tarixi abidələr, o cümlədən kilsə və məscidlər, yəhudi sinaqoqu tamamilə bərpa edilib. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçirilmiş tədbirlər xalqlar, mədəniyyətlər və dinlərarası qarşılıqlı anlaşmaya öz dəyərli töhfəsini verib. Bu istiqamətdə işlər davam etdirilməkdədir.
E.Məmmədyarov qeyd edib ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə ölkəmizdə 200-dən artıq yeni tipli məktəb istifadəyə verilib, müasir avadanlıqlarla təchiz edilib. Fond beynəlxalq təşkilatla birlikdə təhsil sahəsində yeni layihələrin həyata keçirilməsini davam etdirir.
Azərbaycan XİN-in başçısı qeyd edib ki, dünya mədəniyyətinə öz töhfələrini vermiş ölkəmizdə mədəni irsin qorunmasma xüsusi qayğı ilə yanaşılır. "Amma təəssüflər olsun ki, xalqımızın əsrlər boyu yaratdığı və qoruyub-saxladığı tarixi və mədəniyyət abidələrinə Ermənistanın işğalçılıq siyasəti ciddi zərər vurur. Ermənilər işğal etdikləri ərazilərdə Azərbaycan xalqına məxsus dünya əhəmiyyətli abidə və şah əsərləri, habelə minlərlə mədəniyyət və incəsənət ocağını tamamilə məhv ediblər. Vaxtilə indiki Ermənistanda yaşamış əhalinin əksəriyyəti azərbaycanlılardan ibarət olub. Etnik təmizləmə siyasəti aparan ermənilər azərbaycanlıları tarix boyu yaşadıqları ata-baba ocaqlarından silah gücünə zorla qovub və xalqımıza məxsus mədəniyyət abidələrini yandıraraq məhv ediblər".
Sonda nazir Azərbaycanın
tarixi abidələrinin
tamamilə məhv edilməsinin qarşısını
almaq üçün
YUNESKO-nu əməli kömək göstərməyə
çağırıb.
Xəzər.- 2007.- 20 oktyabr.- S. 2.