İçərişəhərin idarə edilməsi üzrə inteqrasiya
olunmuş faaliyyət
proqramının təqdimatı
Sentyabrın 27-də
Muzey Mərkəzində İçərişəhərin
idarə edilməsi üzrə inteqrasiya olunmuş
fəaliyyət proqramının təqdimat mərasimi
keçirildi. Tədbiri açan Mədəniyyət və Turizm
naziri Əbülfəs Qarayev iştirakçıları
Beynəlxalq turizm günü münasibətilə təbrik
etdi.
O bildirdi ki, öikə
başçısı İlham Əliyevin Fərmanı
ilə İçərişəhərin idarə edilməsi
üçün yeni struktur təsdiq olunmuşdur. Vaxtında
qəbul edilmiş bu qərar qədim şəhərin taleyində
müsbət dəyişikliklərə təkan vermişdir. 2000-ci
ildə İçərişəhər ümumdünya
mədəni irs abidələri siyahısına daxil
edildikdən və 2002-ci ildə "Təhlükə
altındadır" qrifli siyahıya düşəndən
sonra bu işlərin görülməsinin həyati
zərurət olması təsdiqləndi. 2003-cü ildə
əsas müsabiqələr keçiriləndən sonra
Azərbaycan hökuməti bu məsələnin həlli
üçün Dünya Bankının rəhbərliyinə
müraciət etdi. Əvvəlcə
İçərişəhərin baş planı ilə
bağlı işlərin görülməsi planlaşdırılırdı.
Lakin elə həmin vaxt məlum oldu ki, baş planda
bütün Bakı şəhərinin kommunikasiya,
nəqliyyat əlaqələri və infrastrukturu
nəzərə alınmayıb. Buna görə də baş
planın bir hissəsini, İçərişəhərin menecment
planının həyata keçirilməsi ideyası irəli
sürüldü. Bu məqsədlə müsabiqə
sənədlərinin hazırlanması üzrə
məsləhətçi-mütəxəssis dəvət
edildi. Müsabiqə keçiriləndən sonra Kembric
Universitetinin komandası müəyyənləşdirildi. Komandaya
Litvadan, Norveçdən, Polşadan, Birləşmiş
Ştatlardan olan mütəxəssislər daxildir.
İlkin plana görə, işlər keçən ilin sonunda başa çatdırılmalı idi. Lakin vaxt ehtiyatı (yarım il) hazırlıq işlərinin müddətini bir qədər uzatmağa imkan verirdi. İçərişəhərin idarə edilməsi üçün rəhbərlik təyin olundu. Eyni zamanda, bütün əlaqədar qurumlar bu işə cəlb edildi, əks halda, menecment planının işlənib hazırlanması mümkün olmazdı.
Tədqimat mərasimində
Nazirlər Kabineti yanında "İçərişəhər"
Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Kamran İmanov, layihənin əlaqələndiricisi Rüstəm
Muxtarov, Dünya Bankının nümayəndəsi
və layihənin müəllifləri çıxış
etdilər.
Kino+.- 2007.- 3 oktyabr.- S. 3.