Mehmanxanaların
sayı 18%, turistlərin sayı isə 4,4% artıb
Bu ilin birinci
yarısında Azərbaycanda fəaliyyət
göstərən mehmanxana və mehmanxana tipli
müəssisələrin sayı 47 vahid və ya 18% artaraq
308-ə çatıb. Dövlət Statistika
Komitəsindən "APA-Economics"ə verilən
məlumata görə, hesabat dövründə mehmanxana
və mehmanxana tipli müəssisələrin 64-ü Bakı
şəhərində, 10-u Abşeron iqtisadi rayonunda, 28-i
Gəncə-Qazax, 34-ü Şəki-Zaqatala, 48-i
Lənkəran, 47-si Quba-Xaçmaz, 32-si Aran, 1-i
Yuxarı-Qarabağ, 22-si Dağlıq-Şirvan, 22-si isə
Naxçıvan iqtisadi rayonunda fəaliyyət göstərib.
Təhlil olunan dövrdə mehmanxana və mehmanxana tipli
müəssisələrdə əvvəlki ilin eyni dövrü
ilə müqayisədə 4,4% çox, yəni 120 min
şəxs yerləşdirilib. Həmin şəxslərin
58,8%-i xüsusi, 18,8%-i dövlət, 15,9% xarici, 6,5%-i isə
birgə mülkiyyətə məxsus
müəssisələrdə yerləşdirilib.
Yerləşdirilən
şəxslərin 55,1 %-ni ölkə
vətəndaşları, 44,9%-ni əcnəbilər
təşkil edib. Onların 44,6%-i işgüzar
səfərə, 40,8%-i istirahət və əyləncə,
2,7%-i müalicə, 11,9% digər məqsədlərlə
gəliblər. Yerləşdirilən şəxslərin
ümumi sayından 12,5% yollayışla gələn
vətəndaşlar təşkil edib.
Mehmanxana və
mehmanxana tipli müəssisələrdə yaşayış
müddətinə görə yerləşdirilən
turistlərin 80,6%-i 1-3 gün, 12,8%-i 4-7 gün, 5,9%-i 8-28
gün, 0,7%-i isə bir aydan çox yaşayıblar. Qeyd
edək ki, 1-3 gün yaşayış müddətinə
görə yerləşdirilən turistlərin 40%-ni xarici
ölkələrdən olan vətəndaşlar təşkil
edib.
Komitədən
bildirilib ki, mehmanxana və mehmanxana tipli
müəssisələrdə 53 858 nəfər xarici
ölkə vətəndaşı yaşayıb. Onların
13,8%-i Türkiyə, 13,6%-i Rusiya, 11,4%-i Birləşmiş
Krallıq, 10,1%-i İran, 7%-i Çin, 5,9%-i Gürcüstan,
5,4%-i Ukrayna, 4,5%-i ABŞ, 2,4%-i İtaliya, 2,2%-i Almaniya, 2%-i
Fillipin, 1,7%-i Fransa, 1,1%-i Lüksemburq, 18,9%-i isə digər
ölkələrdən gələn vətəndaşlar olub.
Qeyd edək ki,
ötən ilin eyni dövrü ilə müqayisədə
2007-ci ilin 6 ayında mehmanxana və mehmanxana tipli
müəssisələrin fəaliyyətindən əldə
edilən gəlir 18,8% artaraq 41,7 mln. manat təşkil edib.
Həmçinin, mehmanxana və mehmanxana tipli
müəssisələrin istismar xərcləri əvvəlki
ilin eyni dövrü ilə müqayisədə 10,1% artaraq 26,6
mln. manata çatıb.
Kaspi.- 2007.- 26 oktyabr.- S.12.