Aslanova A., Zeynalova R.

Xilas olunmuş gözəlliklə görüş

 

"Xilas olunmuş" həm Bakıdakı Muzey Mərkəzində təşkil olunan respublikanın bərpaçı rəssamlarının yubiley sərgisinin, həm də təşkilatın 50 illiyi ilə əlaqədar əməkdar incəsənət xadimi Ziyadxan Əliyevin yeni yazdığı kitabın adıdır. Tamaşaçılar əvvəlcə kitabın təqdimatında iştirak edib, sonra isə sərginin ekspozisiyasına baxıblar.
   Sərginin açılışında iştirak edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 50 il əvvəl ölkədə bərpaçılığın əsasının qoyulduğunu qeyd etməklə unikal peşə sahiblərinin mənəvi sərvətlərimizin qorunmasında və gələcək nəsillərə ötürülməsində müstəsna xidmətlərinin olduğunu vurğulayıb. Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin direktoru Zərifə Məlikova isə kollektivin keçdiyi elmi - praktiki yaradıcılıq yolundan söz açıb.
örkəmli sənətşünas Rasim Əfəndiyev və tanınmış ziyalı, alim Teymur Bünyatov da bərpaçılıq peşəsinin əhəmiyyətindən söz açaraq Azərbaycanda mədəni irsin mühafizəsində bu peşənin önəmli rol oynadığından danışıblar. İran İslam Respublikasından yubiley tədbirlərinə dəvət olunan Mömün Mündex Mömünzadə beynəlxalq tədbirlərdə azərbaycanlı bərpaçıların fəaliyyəti ilə tanış olduğunu dilə gətirib, Bakıda onların əyani olaraq yüksək professionallıqlarına şahidlik etdiyini söyləyib və həmkarlarına uğurlar arzulayıb. Sonda isə lenti kəsilən sərgi salonu çoxsaylı tamaşaçılara bərpaçıların keçdiyi yarım əsrlik yolu izləməyə, bərpaçı əllərinin nəyə qadir olduğunu əyani görməyə imkan verib.
   Bu yol gənc rəngkar-rəssam Fərhad Hacıyevin (1929-1987) 1954-1957-ci illərdə Moskvada B.İ.Surikov adına Dövlət Rəssamlıq İnstitutunda məşhur bərpaçı rəssam İ.E.Qrabarın təşkil etdiyi Ümumittifaq bərpaçılar kursunda təhsil alıb Bakıya qayıtmasından başlanıb. Təhsilini başa vurub vətənə dönən F.Hacıyev Azərbaycan Dövlət İncəsənət muzeyində bərpaçı rəssam vəzifəsinə qəbul olunub. O vaxtlar həm ölkənin baş muzeyində, eləcə də paytaxtdakı digər aparıcı muzeylərdə bərpaya ehtiyacı olan əsərlər kifayət qədər idi. Başqa sözlə desək, onun işə başlaması, professional vərdişləri nümayiş etdirməsi üçün bərpa materialı duyulası qədər çox idi. Lakin o, daha çox təhlükəli vəziyyətdə olan səkkiz rəngkarlıq əsərindən Qərbi Avropa rəssamlıq məktəbinə mənsub olan rəssamın "Monastır apteki" tablosunu seçir.
   Naməlum rəssamın əsəri olan bu lövhə ölçü etibarilə çox böyük olmasa da bərpaçı-rəssamın onun üzərində işi düz 1962-ci ilə kimi çəkir. Ancaq beş illik zəhmət hədər getmir və sənətsevərlər "Monastır apteki"ni ekspozisiyada yenidən görəndə onun xilaskarına "afərin" deyirlər. Bərpaçı-rəssamın ilk uğuru diqqətdən kənarda qalmadı. Tezliklə tək ştat vahidi artırıldı və muzeyin nəzdində Mərkəzdə Bədii Bərpaçılıq Emalatxanası (1971-1980-ci illər) fəaliyyət göstərməyə başladı. Ölkədə bərpaçılıq sahəsindəki boşluğun doldurulması üçün demək olar ki, qətiyyətli addım atılmış oldu. Bərpaçı rəssamların 1978-ci ildə təşkil olunan 1-ci sərgisində 223 sənət əsərini həyata qaytardıqları barədə hesabat verən sənətkarlar bu boşluğu qismən doldurduqlarını əyani olaraq sübut etmiş oldular. Bu əsərlərin 170-ə qədərini isə təkcə Fərhad Hacıyev bərpa etmişdi. Onunla birlikdə Rəhim Tənehi, Ələsgər Əliyev, Rafiq Əsgərov və
ülşən Hacıyeva da çalışırdılar. Onların səyi ilə Azərbaycan Dövlət İncəsənət Muzeyi, Şirvanşahlar sarayı Dövlət Tarixi-Memarlıq Muzey Kompleksi, Azərbaycan Dövlət Din Tarixi Muzeyi, Azərbaycan Dövlət Tarix Muzeyi və digər mənəvi sərvət saxlanclarına məxsus neçə-neçə eksponat bərpa olunub muzey ekspozisiyalarında əvvəlki yerlərini tutdular.
   1973-cü ildən İçəri Şəhərdə yerləşən Bəylər məscidi emalatxanaya verilir. 1980-ci ildən isə bərpa ocağına elmi status verməklə qurum Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi-Bərpa Mərkəzinə çevrilir. Burada artıq elmi-tədqiqat işləri aparılır, rəngkarlıq, qrafika, xalça və xalça məmulatları, ağac və metal üzrə bərpa işləri görülürdü. Artıq qısa müddətdə öz sözünü deməyə imkan tapan Mərkəz o vaxt keçmiş SSRİ məkanında Moskva, Sankt-Peterburq və Vilnüs şəhərlərindən sonra dördüncü idi, Qafqazda isə bu günə kimi də yeganədir. Burada bərpa işlərini öz peşəsini dərindən bilən 30-a qədər yüksək dərəcəli sənətkar yerinə yetirir. İndiyə qədər Elmi Bərpa Mərkəzində 9 mindən artıq müxtəlif muzey eksponatları bərpa və konservasiya olunub, muzeylərə qaytarılıb. Onların arasında tanınmış Qərbi Avropa və rus rəssamlarının əsərləri, Şərq miniatürləri, Azərbaycan təsviri sənətinin tanınmış simalarının rəngkarlıq və qrafika əsərləri, dekorativ-tətbiqi sənət nümunələri vardır.
ƮSustermansın "F.Mediçinin portreti", A.Brouvernin "Cərrahın yanında", İ.Samokisuninin "Döyüş", İ.Ayvazovskinin "Aylı gecə". V.Tropinin "Səyyah", İ.Brotskinin "Hacı Zeynalabdin Tağıyevin portreti", Ə.Hüseynzadənin "Şeyxülislamın portreti", B.Kəngərlinin "Naxçıvanda məscid" əsərləri və s. qəbildəndir.
   Azərbaycan bərpaçılıq məktəbindən söz açanda onun parlaq səhifələrindən birini təşkil edən "Hacı Zeynalabdin Tağıyevin portreti" əsərindən danışmamaq qeyri-mümkündür. Xoş bir təsadüf onu öz xilaskarı - ölkənin ilk bərpaçı-rəssamı Fərhad Hacıyevlə "görüşdürüb"... F.Hacıyev etirazlara baxmayaraq, onu təcili bərpa etməyi qərara alır. Muzeyin rəhbərliyi "qadağalı" bu inventarı bərpa etdirmək istəməsə də onun onsuz da ekspozisiyada göstərilməyəcəyini bəhanə gətirsə də rəssam inadkarlıq göstərərək nəhayət onları razı sala bilir.

   Bərpaçıların yubiley sərgisində göstərilən maraqlı taleli əsərlər çoxdur. P.Klasın "Natürmort",
ƮDüprenin "Meşə kənarında", F.Halsın "Kişi portreti" bu qəbildəndir. Belə ki, onların həyata qaytarılmasında sənətşünaslar və bərpaçılar yüksək professionallıq nümayiş etdiriblər. Bu yöndə bərpaçılardan Natiq Cəfərov və Ələsgər Əliyev xüsusi fərqləniblər.
   Elm sənətinin elm şöhrəti olduğunu yaxşı bilən bərpaçılar Mərkəzə daxil olan dekorativ-tətbiqi sənət nümunələrinə xüsusi qayğı ilə yanaşırlar. Bu mənada Bəsti xanım Əliyeva və Ruhəngiz Əliyevanın bərpa etdikləri tikmələrin, geyim atributlarının, Zibi xanım Hüseynovanın "ikinci həyat" verdiyi xaqaların, Çingizxan Əliyevin həyata qaytardığı miş məişət əşyalarının adını çəkmək olar.
   Mədəniyyətşünaslıq üzrə elmi metodiki əməkdaşların iştirakı ilə qurulan xatirə muzeyindən gətirilən ekspozisiyada məşhur simaların izini yaşadan əşyalar da çoxluq təşkil edir. Ü.Hacıyev, C.Məmmədquluzadə,
ƮMəmmədəliyev, Ə.Əzimzadə və başqalarına aid memorial əşyalar yüksək səviyyədə bərpa olunduğundan bu gün minlərlə tamaşaçıya zövq verməkdə, duyğularını qanadlandırmaqdadır. Bu sahədə bərpaçılardan Natiq Baxışovun, Xatirə Tağıyevanın, Cavanşir Cavadovun, Aydın Qurbanovun xidmətlərini xüsusi qeyd etmək lazımdır.
   
 
Ədalət.-2007.- 19 oktyabr.- S.6.