Kaliforniya qubernatoruna Azərbaycan rəssamının kitabı hədiyyə
edilib
Kaliforniya ştatının
qubernatoru Arnold Şvartsenegerin adından ştatda
fəaliyyət göstərən 100-ə yaxın
ölkənin baş konsulluqları üçün
ziyafət qəbul təşkil edilmisdir.
Qəbulda
çıxış edən qubernator ştatda həyata keçirilən
səhiyyə islahatları, yeni prioritet kimi ştatın xarici
ticarət siyasəti, burada yaşayan müxtəlif millətlərin
nümayəndələri üçün yaradılmış
şərait və imkanlar barədə məlumat vermişdir.
Azərbaycanı tədbirdə
vitse-konsul Elman Abdullayev və Baş konsulluğun əməkdaşı Lalə
Əbdürəhimova təmsil
etmişlər. Onlar qubernatora xalq rəssamı Hüseyn Əliyevin kitabını hədiyyə etmişlər.
Səs.- 2007.- 20 oktyabr.- S. 12.