Orucov E.
Azərbaycanda
rəssamlığın inkişafına dövlət
qayğısı artmaqdadır
Azərbaycan
mədəniyyəti yeni yüksəliş dövrünü
yaşayır. Milli mənəvi dəyərlərimizin
qorunmasına və bərpasına dövlət
qayğısının artması, möhtərəm
Prezidentimiz İlham Əliyevin bir-birinin ardınca kino, teatr,
muzey işi, kitabxana işi və s. ilə bağlı imzaladığı
sərəncamlar onu göstərir ki, ölkəmizdə
mədəniyyət sahəsində islahatlar sürətlə
davam etməkdədir. Milli mədəniyyətimizin hamisi,
ümummilli lider Heydər Əliyevin bu sahədə
başladığı islahat bu gün möhtərəm
Prezidentimiz İlham Əliyev tərəfindən layiqincə
davam etdirilir.
Cənab İlham Əliyevin Prezident seçildiyi 4 il
ərzində Azərbaycanın mədəni mühitində
əsaslı yeniləşmə aydın nəzərə
çarpmaqdadır. Dünya mədəniyyətinə
inteqrasiya şəraitində zənginləşən
Azərbaycan mədəniyyəti milli
ənənələrindən bəhrələnərək,
cəmiyyətin mənəvi həyatında daha mühüm
amilə çevrilməkdədir. 2003-cü ildən sonra
mədəniyyətin bütün sahələrində,
teatrda, musiqidə, kinoda və s. inkişaf meylləri
güclənməyə başladı. Xalqın mənəvi
dəyərlərinin gələcək nəsillərə
çatdırılması yolunda mühüm
nailiyyətlər qazanıldı. Bu günlər bərpa
edilərək yenidən istifadəyə verilən tarixi
mədəniyyət abidələrimiz bir daha təsdiq edir ki,
Azərbaycan dövlətinin rəhbəri tariximizin
mədəniyyət nümunələrinin gələcək
nəsillərə çatdırılmasında çox maraqlıdır
və bunun üçün cənab Prezident heç nəyi
əsirgəmir. Təsəvvür edin, cənab Prezident
tariximizin yaddaşı olan İçərişəhərin
qorunması üçün nə qədər
sərəncamlar imzalamışdır. Eyni zamanda
əyalətlərimizdəki abidələr necə
gözəl bərpa olunur.
Mən rəssamam. Səttar Bəhlulzadə adına Sərgi
salonuna rəhbərlik edirəm. Bu salonda demək olar ki,
ölkəmizdə keçirilən bütün
tədbirlərə uyğun sərgilər keçirilir. Bu
salon ulu öndərin bizə yadigar qoyub getdiyi əsl
sənət ocağıdır.
Azərbaycanda rəssamlıq sənətinin çox qədim
ənənələri var. Mən tarixi varaqlamaq fikrində
deyiləm. Təkcə son illər milli
rəssamlığımızın inkişafından bəzi
məqamları diqqətə çatdırmaq
istəyirəm. Bu yaxınlarda Azərbaycan Rəssamlar
İttifaqının 65 illik yubileyi keçirildi.
Ölkəmizin başçısı Azərbaycan
Dövlət İncəsənət Muzeyində bu
münasibətlə tanınmış Azərbaycan
rəssamları ilə görüşdü. Doğrudan da bu
görüş bir daha təsdiq etdi ki, ölkəmizdə
rəssamlara, sənət adamlarına nə qədər
diqqət və qayğı var. Məni sevindirən budur ki,
möhtərəm Prezidentimiz hansı sahənin nümayəndələri
ilə görüşürsə, o sahədə çox
ciddi bir irəliləyiş başlayır, hansısa bir
yenilik yaranır. Bu dəfə isə cənab Prezident
rəssamlarla görüşdə Müasir
İncəsənət Muzeyinin tikildiyini və onun
rəssamlıq sənətinin təbliğində çox
əhəmiyyətli rol oynayacağını da
söylədi. Biz rəssamlara dövlət rəhbərimizin
Azərbaycan rəssamlığını yüksək
qiymətləndirməsi, onun inkişafına dəstək
verməsi mənəvi güc verir. Cənab Prezident
rəssamlarla görüşündə demişdir:
“Azərbaycan incəsənəti, rəssamlıq
məktəbi çox zəngindir, çox dərin
köklərə əsaslanır və eyni zamanda indi artıq
gənc nəsil də öz yerini tutmaqdadır. Bu da çox
vacibdir. Yəni bu əlaqələr qırılmır, bu
gözəl ənənələr davam edir”.
Doğrudan da, Azərbaycanda yeni nəsil rəssamlar
yetişməkdədir və onlar klassik Azərbaycan
rəssamlığının ənənələrini
çox uğurla davam etdirirlər.
Söz yox ki, cənab Prezidentin mədəniyyətimizin
inkişafı ilə bağlı sərəncamlarının
yerinə yetirilməsində mədəniyyət və turizm
naziri Əbülfəs Qarayevin xidmətlərini də qeyd
etmək lazımdır. Bu gün mədəniyyətimizlə
bağlı elə bir tədbir yoxdur ki, Əbülfəs
müəllim orada iştirak etməsin. Mədəniyyət
və Turizm Nazirliyi bütövlükdə ölkədə
mədəni sərvətlərin qorunması və yeni
nəsillərə çatdırılmasında,
ölkənin mədəni həyatının daha da
zənginləşməsində çox əhəmiyyətli
rol oynayır. O cümlədən rəssamların
əsərlərinin sərgilərinin
keçirilməsində də Rəssamlar İttifaqı
ilə birgə məhsuldar iş aparır. Azərbaycan
rəssamlarının əsərləri bu gün nəinki
bizim eləcə də dünyanın bir sıra
ölkələrinin nüfuzlu sərgi salonunda
sərgilənir. Azərbaycan rəssamlarının
əsərləri dünyanın məşhur muzeylərinin
eksponatlarına çevrilmişdir. Cənab Prezidentimiz
məhz bunları nəzərə alaraq demişdir:
“Azərbaycan rəssamları bu gün, doğrudan da, çox
böyük beynəlxalq şöhrət
qazanmışdır. Bu çox sevindirici haldır və onu
göstərir ki, Azərbaycan hərtərəfli inkişaf
edir”.
Son vaxtlar mən dəfələrlə Azərbaycan
rəssamlarının dünyanın müxtəlif
ölkələrində keçirilən sərgilərinin
iştirakçısı olmuşam. Və hiss etmişəm
ki, bizim ölkəyə, onun rəssamlığına
böyük həvəs və maraq var. Bu da təsadüfi
deyil. Ölkəmizin beynəlxalq aləmdə nüfuzu
ildən-ilə artmaqdadır. Möhtərəm Prezidentimizin
yeritdiyi çox düzgün xarici siyasət
nəticəsində Azərbaycan sülhsevər,
mütərəqqi, inkişaf etməkdə olan ölkə
kimi tanınır.
Dövlət rəhbərimizin Azərbaycan
rəssamlarının sosial vəziyyətinin inkişafına
göstərdiyi diqqət və qayğı barədə
də öz fikirlərimi bildirmək istəyirəm.
Açığını deyim ki, bir vaxtlar Azərbaycan
rəssamları ölkədən baş götürüb
gedirdilər. Çünki, burada onların həyat
şəraiti, doğrudan da, dözülməz idi. Adi
emalatxanalarını təmir etməyə, rənglər
almağa belə imkanları çatmırdı. Ulu
öndər Heydər Əliyev xüsusi sərəncamla
rəssamlara öz emalatxanalarını
özəlləşdirmək imkanı yaratdı. Bu çox
mühüm əhəmiyyətə malik bir qərar idi. Sonra
rəssamlarımıza ardıcıl olaraq Prezident
təqaüdləri verildi. Bu gün də həmin
təqaüdlərin verilməsi ənənəsi davam
etdirilir. Cənab İlham Əliyev rəssamlarla
görüşündə bildirib ki, “rəssamları,
heykəltəraşları narahat edən, maraqlandıran
məsələlərdən biri də emalatxana ilə
təminatdır. Əlbəttə ki, emalatxanalar
olmalıdır və olacaqdır”. Ancaq möhtərəm
Prezidentimiz burada da rəssamların rəyini vacib sayır.
“İlk növbədə, istər onun yeri, istərsə
də dizaynı baxımından sizin də rəyiniz
nəzərə alınmalıdır”. Cənab Prezident bu
emalatxanaların yaradıcılıq mərkəzi
olmasını, orada görüşlər, konfranslar
keçirilməsini, istirahət üçün
şəraiti olmasını da vacib şərt sayır.
Belə emalatxanaların tikiləcəyi artıq reallaşmaq
üzrədir. Bu, Azərbaycan rəssamlarının,
yaradıcılıq imkanlarının daha da
genişlənməsinə şərait yaradacaqdır.
Mən, rəssamlarımızın əsərlərinin
təbliğ olunduğu muzeylərimizdə aparılan
təmir-bərpa işlərini də Prezidentimizin
qayğısının nəticəsi kimi qiymətləndirirəm.
Və inanıram ki, yaxın gələcəkdə
bütün muzeylərimiz müasirləşəcək,
onların eksponatlarının təbliği üçün
daha geniş imkan yaradılacaq.
Möhtərəm Prezidentimizin ötən dörd ildə
həyata keçirdiyi möhtəşəm inkişaf
proqramları mədəniyyətin, incəsənətin
də sürətli tərəqqisinə köməklik
göstərib. Bu inkişaf, bu tərəqqi biz
rəssamların əsərlərində də
görünür və yəqin ki, bundan sonra da Azərbaycanda
baş verən yeniliklər yeni rəsm əsərlərinin
baş mövzusu olacaqdır.
Xalq qəzeti.- 2007.- 20 oktyabr.- S.7.