İbrahimova S.
Almas İldırımın portreti çay
daşı üzərində əbədiləşdirilib
Oyma ustası
Ədalət Pirverdiyev Almas İldırımın iki portretini
çay daşı üzərində
əbədiləşdirib. Salman Mümtaz adına
Ədəbiyyat və İncəsənət Arxivinin direktoru
Maarif Teymurov bildirib ki, qeyri-adi sənət nümunəsi hesab
edilən oymaların oriyinalı Azərbaycan
Mədəniyyətinin Dostları Fonduna təqdim
ediləcək. 30 yaşlı Ədalət Pirverdiyevin qeyri-adi
üsulla daş üzərində
əbədiləşdirdiyi 100-ə yaxın elm,
ədəbiyyat və siyasət xadimlərinin oyma
portretlərinin foto-reproduksiyası isə yaxın
günlərdə Salman Mümtaz adına Ədəbiyyat
və İncəsənət Arxivinin fonduna daxil ediləcək.
Kaspi.- 2007.- 6-8 oktyabr.- S.19.