AzərTAcın fotomüxbirinin işi dünya informasiya agentliklərinin
fotomüsabiqəsinin qalibi olmuşdur
İspaniyanın Estepona
şəhərində dünya informasiya agentliklərinin
ikinci qurultayı çərçivəsində informasiya
agentliklərinin “Bayram”, “İdman” və “Fəlakət”
nominasiyalarında fotomüsabiqəsinin final
mərhələsi keçirilmişdir.
Azərbaycan
Dövlət Teleqraf Agentliyinin (AzərTAc)
əməkdaşı Osman Kərimovun fotosu dünyanın 90
ölkəsinin aparıcı informasiya agentliklərinin
fotomüxbirlərinin mübarizə apardığı
müsabiqənin “Bayram” nominasiyasında münsiflər
heyətinin yekdil qərarı ilə birinci mükafata layiq
görülmüşdür.
Bundan əlavə,
AzərTAc-ın foto ustalarının digər işləri
də qurultay iştirakçıları tərəfindən
böyük maraqla qarşılanmış, həmin
şəkillər ən yaxşı işlərdən
ibarət kitaba salınmışdır.
Xalq qəzeti.- 2007.- 30 oktyabr.- S. 5.