Gənc
fotorəssamın ilk sərgisi - Allaha
doğru
Bakı Rəsm Qalereyasında gənc
fotorəssam Müşfiq Mehdibəylinin "Allaha
doğru" adlı sərgisi açılıb. İlk
sərgisi olduğundan Müşfiqi oxucular və sənətsevərlər
kifayət qədər tanımırlar. Odur ki, həm
özü haqda məlumat, həm də sərgidən
görüntülər müəllif barəsində
müəyyən təsəvvür yaratmağa kömək
göstərə bilər. Sərgidə fotorəssamın
40-a yaxın işi yer alıb. 1978-ci ildə Bakının
Zığ kəndində anadan olub. 2001-ci ildən psixologiya
ixtisası üzrə xaricdə təhsil alır.
M.Mehdibəylinin fotoya 2003-cü ildən maraq göstərir.
Fotosərginin ana xəttini ilahi mövzular təşkil edir.
Müəllif fotoşəkillərin mövzusunu bir
neçə hissəyə ayırır: namaz və ibadət,
Allah qarşısında bəndəlik və dini ayinlər.
Özünün sözlərinə görə, fotorəssam
olaraq fəaliyyəti təkcə ilahiyyatla bağlı deyil.
İlk sərgisinin məhz Ramazan ayına təsadüf
etməsi imkan verib ki, məhz bu mövzuda olan işlərini
nümayiş etdirsin. İncəsənət həvəskarları
tədricən onun bütün işlərinə tamaşa
etmək və onlara dəyər vermək fürsəti
qazanacaqlar.
525-ci qəzet.- 2007.- 12
oktyabr.- S.25.