Fotoqraf Reza Deqqeti:
"Dünyanın müxtəlif ölkələrində
açılan sərgilərində Xocalı faciəsini
əks etdirən fotolara yer verirəm"
"Azərbaycana bir neçə
səfərim olub. 20 yanvar günlərində, Qarabağ
müharibəsində burada olmuşam, an qaynar
nöqtələrdən fotoşəkillər çəkib
Azərbaycan həqiqətlərini dünyaya
çatdırmışam. İstər Avropa, istərsə
də digər dünya ölkələrində
açılan sərgilərində Xocalı faciəsini
əks etdirən fotoşəkillər xüsusi yer tutur".
Bu açıqlamanı "Fransa Fəxri Legionunun
kavaleri" adına layiq görülən yeganə
azərbaycanlı-xeyriyyəçi, əslən Təbrizli
olan məşhur fotoreportyor Reza Deqqəti verib. Azərbaycanda
keçirilən "Mövlana Cəlaləddin Rumi
Günləri" çərçivəsində
ölkəmizdə səfərda olan soydaşımız
bildirib ki, bu günə kimi müxtəlif
ölkələrdə 30-dan çox sərgisi təşkil
edilib və hamısında da ermənilərin Azərbaycanda
törətdiyi əməllər, torpağından
çıxarılan azərbaycanlı
qaçqın-köçkünlərinin şəkilləri
sərgilənib: "Seyrçilər bu
şəkillərə baxıb heyrətlənirlər ki, biz
həqiqətən bu şəkildə olduğunu bilmirdik. Xarici
ölkələrdə yayılan
məlumatlar heç də bizim xeyrimizə deyil. Açığı,
Qərb ölkələri daha çox qarşı
tərəfə rəğbət bəsləyirlər".
Bütün ömrünü səfərlərdə, müxtəlif
ölkələrdəki insan həyatlarını
müşahidədə keçən fotoreportyorun ilin sonuna
kimi Parisdə üç sərgisi açılacaq. Oktyabrın 24-ü, noyabrın 15-i
və dckabrın 4-də açılacaq və "Bir dünya-bir
ailə" adlanan bu sərgilərin hamısında
Azərbaycan həqiqəti seyrçilərə təqdim
ediləcək: "Bu sərgilərdə 110
dövlətdə çəkdiyim şəkillər
nümayiş olunacaq. Bu şəkillərlə bir daha
göstərmək istəyirəm ki, bütün
bəşər bir ailədir". Yaxın günlərdə
dünyanın daha dörd
şəhərində sərgilərinin açılması
planlaşdırılan Reza Deqqətinin diqqətini hazırda
İpək Yolu və dünya qadınları mövzusu
cəlb edir: "Mənə elə gəlir ki, qadınlar
dünyanı hütünlükh dəyişə bilər. Qadınlara
cəmiyyətdə, hökumətlərdə nə
qədər çox yer verilə, bir o qədər dünya
yaxşılığa doğru dəyişə bilər".
Azad Azərbaycan.- 2007.- 19 oktyabr.- S. 5.