Fəxriyyə Xələfova
Ethical Fashion Show - 2007 moda tədbirində
iştirak edib
Fransanın paytaxtı Paris şəhərində mövsümün
ən parlaq hadisəsi olan “Ethical
Fashion Show - 2007” moda tədbiri
keçirilib. Tədbirdə Azərbaycanı tanınmış modelyer,
əməkdar incəsənət
xadimi Fəxriyyə Xələfova təmsil edib. F.Xələfovanın APA-ya verdiyi
məlumata görə,
layihə kimi həyata keçirilən
bu tədbirdə moda sənayesinin müxtəlif istiqamətləri
və peşəkar mütəxəssislərin yaradıcılığı
təqdim olunub. 4 günlük moda
tədbirində “Qırmızı
xalça” sərgi salonunda dünyanın
100-dən artıq ölkəsinin
400-ə qədər firma, geyim,
ayaqqabı və aksessuarların istehsalçılarının,
modelyerlərin kolleksiyalarının
nümayişi və sərgi stendləri təşkil olunub. F.Xələfovanın sözlərinə görə, bu tədbirə təqdim etdiyi geyim kolleksiyası
öz rəngarəngliyi,
fantaziya zənginliyi, şərq və qərb ideallarının orijinal şəkildə vəhdətini ifadə etməsi ilə fərqlənərək qonaqları
heyrətləndirib.
İki sahil.- 2007.- 26 oktyabr.- S. 6.