"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı
Səhmdar Cəmiyyəti İlham Əliyevin prezidentliyinin 4
illiyinə həsr edilmiş "Xalq üçün
yaxşı Prezident" analitik-sənədli film
hazırlamışdır. 6 hissədən ibarət film
oktyabrın 15-də, İlham Əliyevin Prezident
seçilməsinin 4 illiyinin tamam olduğu gün
göstərilmişdir. Filmdə Prezident rəsmi fəaliyyəti
ilə yanaşı, həm də səmimi bir insan kimi
tamaşaçıya təqdim olunur. Filmdə dövlət
başçısının humanitar sahədə
fəaliyyətinin davamı kimi Mehriban xanım
Əliyevanın gördüyü işlərə də
ayrıca bir bölüm həsr olunmuş, Azərbaycanda
"Birinci xanım" institutu yeni bir ictimai-siyasi
təzahür kimi təhlil edilmişdir.
Çəkilişlər altı ölkədə -
Gürcüstan, Türkiyə, Rumıniya, Rusiya, Amerika
Birləşmiş Ştatları və Belçikada
aparılmışdır. Filmdə Zbiqnev Bjezinski, general Brent
Skoukroft kimi tanınmış siyasətçilər və
politoloqlar Prezident İlham Əliyev haqqında öz
fikirlərini söyləyirlər. Tamaşaçılar
Avropa Komissiyasının Baş direktoru Fokion Fotiadisin, Avropa
Parlamentinin ən böyük qrupu olan sosialist qrupu sədrinin
müavini Hannes Svobodanın, Avropa Parlamentinin Cənubi Qafqaz
üzrə parlamentlərarası əməkdaşlıq
komitəsinin sədri Ann Mari İsler-Bequinin də
Azərbaycan Prezidenti və onun siyasəti barədə
fikirləri ilə tanış olmuşlar.
Film Amerika və Avropa üçün gecə saatlarında
təkrar efirə verilmişdir. Həftə ərzində film
gündüz saatlarında da nümayiş
etdiriləcəkdir.
Azərbaycan.- 2007.- 16 oktyabr.- S.3.