Cavad xanın cəkilisləri basa catıb
Film yanvarın sonunda təhvil veriləcək
Azərbaycan kinosunda daha
bir önəmli hadisə reallaşdı. lctimaiyyətin uzun
müddətdən bəri gözlədiyi "Cavad xan"
filmi nəhayət ki, təqdim olundu. Filmin yaradıcı
heyəti filmin çəkilişlərinin çox uğurla
başa çatdığı haqqında açıqlama
verdi.
Bu əlamətdar hadisə
ilə əlaqədar geniş mərasim düzənləndi.
Mərasimdə
"Cavad xan" filminin ssenari müəllifi, Xalq şairi
Sabir Rüstəmxanlı, quruluşçu rejissor
Rövşən Almuradlı, quruluşçu operator
Məhəmməd Məcidi, baş rolun ifaçısı,
Xalq artisti Nurəddin Mehdixanlı (Cavad xan), Xalq artisti Ramiz
Novruz (Sisyanov), quruluşçu rəssam Rafiq Nəsirov,
rejissorlar Ənvər Həsənov və Əliqulu
Səmədov, baş redaktor Aydın İbrahimov
(Qurbanoğlu), "Bizim
kino" prodüser mərkəzinin baş prodüseri Heydər Dadaşov,
icraçı prodüser Tofiq Musayev çıxış
edərək döyüş səhnələriylə
zəngin olan, çətin quruluşa malik bir filmin qısa müddətdə
çox uğurla başa çatması münasibəti
ilə yaradıcı heyəti və Azərbaycan
xalqını təbrik etdilər.
Azərbaycanın kino
tarixində mövcud olan azsaylı tarixi filmlər
içərisində "Cavad xan"ın xüsusilə
seçiləcəyinə inandığını bildirən
Sabir Rüstəmxanlı xalqımızın mübarizə
və qürur simvollarından sayılan Cavad xana ucaldılan
bu abidəni "müstəqilliyimizin mədəniyyətimizə
bəxş etdiyi ən dəyərli hadisə"
adlandırdı.
Quruluşçu rejissor
Rövşən Almuradlı çəkilişlərdə
göstərdikləri səmimiyyətə, fədakarlığa
görə heyətə təşəkkür etdi və filmin
növbəti mərhələsinin də çox uğurla
başa çatacağı barədə kollektivi əmin etdi.
Yaradıcı
heyətin ssenari müəllifindən
işıqçısına, quruluşçu rejissorundan inzibatçısına
qədər milli düşüncəli şəxslər olduğunu
vurğulayan Cavad xan - Nurəddin Mehdixanlı isə filmin
çəkilişlərindəki uğuru "bütün
kollektivin Cavad xana sevgisi", "Vətənə məhəbbəti"
ilə əlaqələndirdi: "Bizim kino" filmin
uğurlu alınması üçün nə mümkündürsə,
onu da elədi, bütün tələblərimizi vaxtında
və yüksək səviyyədə yerinə yetirdi;
quruluşçu rəssamlar sutkayla iş otağında
çalışdılar ki, səhnə tərtibatı
qüsursuz olsun; qrimyorlar bütün çəkiliş boyu
aktyorlardan bir addım da ayrılmadılar, ayaqüstə
saatlarla şəxsən müşahidə apardılar və
bəlkə də Azərbaycan kinosunda yeganə hal idi ki, onlar
özləri aktyorlara yaxınlaşır, qrimin azacıq
pozulmasına razı olmurdular; aktyorlar aldığı
zədələrə baxmayaraq bütün trukları
yerinə yetirmək üçün gecə yatmadan
məşq edirdilər... Nəticədə sevgidən
yoğrulan Cavad xan obrazını
əbədiləşdirməyə müvəffəq
olduq".
Xatırladaq ki,
Azərbaycan kinosu tarixində ilk dəfə olaraq kompüter
qrafikasından istifadə edilən "Cavad xan" filminin
2008-ci il yanvarın sonunda təhvil verilməsi
nəzərdə tutulur. Hazırda filmin istehsalında yekun
mərhələyə - montaj və səsləndirilmə
mərhələsinə hazırlıq görülür.
Şərq.- 2007.- 3 oktyabr.- S. 14.