“Oskar”a iddialı “Qafqaz”

 

Fərid Hümbətov: “Filmin süjeti çox təsirdeicidir və əminəm ki, bütün dünyada tanınacaq”

 

Bu il ilk dəfə olaraq Azərbaycan filmi dünyanın ən nüfuzlu kino mükafatına namizədliyini  irəli sürüb. Amerika KinoAkademiyasının   təsis   etdiyi   "Oskar" mükafatının "Ən yaxşı əcnəbi film"  nominasiyasma iddialı olan 63 ölkənin məhsulu arasmda Azərbaycan filmi də var.

2007-ci ildə kino akademiklərinin ix-tiyarına rekord sayda əcnəbi film verilib. Onlardan ikisi - Azərbaycan irlandiya yarışmaya ilk dəfə qoşulublar. İrlandiya-nı Tom Kollinsin "Krallar", Azərbaycanı isə  Fərid  Hümbətovun  "Qafqaz" filmi təmsil edəcək. "Metropol" kinoşirkətinin lentə aldığı "Qafqaz" tammetrajlı bədii filmi Azərbaycan Rusiyanın birgə is-tehsalıdır. Filmdəki hadisələr ötən əsrin 90-cı illərindən bəhs edir. Filmin süjeti Incildəki bir hədisdən götürülüb müa-sir dövrə uyğunlaşdırılıb. Rejissor filmdə müəyyən birxalqın taleyi yox, ümumilik-də insan taleyinin əks olunduğunu deyir: "Qafqazda müxtəlif xalqlar məskunla-şıb. İstər türklər, istərsə digər millət-lər fərqli kökə mənsub olsalar da, əsrlər    boyu  birlikdə yaşayıb-yaradıblar.  Mən çalışmışam ki, bütün bunlar filmdə öz əksini tapsın. Filmdə qafqazlıların torpa-ğa bağlılığı da əks olunub. Filmin süjeti çox təsiredicidir əminəm ki, bütün dünyada tanınacaq".

Filmin qəhrəmanı oğlanlarının ikisini müharibədə itirən yaşlı bir qadındır. O, gəlinlərinə valideynlərinin yanına qa-     yıtmağı istədikləri kimi yaşamağı töv-siyə edir. Gənc qadınlardan biri qayına-     nasını tərk etsə , o biri yaşlı qadını tək qoymur. Buna görə Tanrı onu müka-fatlandırır. Sonda o, xoşbəxtliyini tapır.

"Qafqaz" beynəlxalq standartlara uy-     ğun olaraq,   High Definition rəqəmli ki-nokamera ilə lentə alınıb. ÇəkilişlərXaç-maz, Pirallahı, Novxanı, içərişəhər, Vol-qoqrad Moskvada aparılıb. "Oskar"ın     "ən yaxşı xarici film" nominasiyasına id-dialı olan filmin çəkilişlərinə təxminən 500 min dollar vəsait xərclənib. Filmdə     Rusiyanın xalq artisti Ada Roqovseva ("Əbədi çağırış", "Bülbüllər oxuyanda"), Lyubov Tolkalina  ("Antikiller"),  Lenkomteatrının aparıcı aktyoru Andrey Çernışevla yanaşı, xalq artisti Həmidə Ömərova, Ənvər Vəliyev, Elmira Şaba-nova, Elçin Əzizov, Milana Mardaxano-va, Vəfa Zeynalova kimi yerli aktyorlar da çəkilib.

Müsabiqənin şərtlərinə görə, doğma dildə  çəkilən  film  ingilis subtitrlərilə Amerika kinoteatrlannda bir ay ərzində nümayiş olunmalıdır. Ona görə buna qədər film Moskva Los-Anceles kinoteatrlannda nümayiş edilib. "Qafqaz"ın Azərbaycanda nümayişinə gəlincə isə, F.Hümbətov yerli prokat olmadığı üçün filmi ilk öncə xarici prokata çıxardığını dedi.  Sözügedən ekran əsərini  isə kinolentə operatorlar Yuri Varnovski, Telman Məmmədov Tər-lan Babayev köçürüblər. Fərid Hümbə-tovun eyniadlı əsərinin motivləri əsasın-da çəkilən /ilmin bəstəkan Aytən Za-manlıdır. "Qafqaz"   Fərid Hümbətovun quruluş verdiyi sayca ikinci filmdir. "Babək", "Qətl günü" , "Nəsimi", "Nizami", "Dədə Qorqud" filmlərində rejissor as-sistenti kimi çalışmış Fərid Hümbətov debütünü  1990- ildə "Kənar adamlar" filmi ilə edib. ikinci müstəqil filmini isə rejissor "Oskar"a namizəd görüb, Amma filmin əsas müsabiqə proqramına düşüb-düşməyəcəyi yanvarda bilinəcək. Həmin  ay Kinoakademiyanın  üzvləri əsas müsabiqədə iştirak edəcək beş namizədin adını müəyyənləşdirəcəklər. Əcnəbi filmlərdən "Oskar"a əsas nami-zədlər arasında bujl Kann kinofestivalı-nın baş mükafatını almış Kristiana Mun-giunun "Dörd ay, üç həftə iki gün" fil-minin adr hallanır. Film kommunst reji-mində Rumıniyada qeyri-qanuni abort etmiş qızın həyatından bəhs edir. Digər güclü namizədlərdən biri 98 yaşlı por-tuqaliyalı rejissor Manuel de Oliveyranın "Həmişə gözəl" filmi sayılır. Kinematoq-rafın daha bir veteranı polşalı rejissor Ancey Vayda isə müsabiqəyə qəddar qətl hadisəfərindən bəhs edən "Katın" fil-mini təqdim edib, .Italiyalı rejissor Cüzep-pe Tomatore "Naməlum qadın", kanada- rejissor Denis Arkand "Barbarların hü-cumu" filmlərilə "Oskar"a namizəddirlər. Mükafata namizədlərin son siyahıs/ yanvarın 22- açıqlanacaq, 80-ci -kafatlandırma mərasimi isə fevralın 24- Los-Ancelesin "Kodak" kinoteatrında baş tutacaq.

 

Xəzər.- 2007.- 20 oktyabr.- S. 19.