Şamaxı abidələri Qalakənddən məktublar

 

"Azərbaycantelefilm" Yaradıcılıq Birliyində "Şamaxı abidələri" adlı sənədli filmin istehsalı başa çatdırılıb. Filmin ssenari müəllifi Zərnişan Azayeva, reyissoru Elşən Zeynallıdır. Birliyin rəhbəri Vüqar Tapdıqlının sözlərinə görə, cari ilin planına əsasən, artıq 20 filmin istehsalı başa çatıb. Yaradıcılıq Birliyində bununla yanaşı, "Qalakənddən məktublar" adlı sənədli filmin çəkilişi bitib. Filmdə XlX əsrin sonu, XX əsrin əvvəllərində Simens qardaşlarının Gədəbəydə təsis etdiyi şirkətdə çalışan kimyaçı mütəxəssisdən söhbət açılır. Həmin mütəxəssis Gədəbəydəki abidələri araşdıraraq buradakı eksponatları Almaniya muzeylərinə göndərməklə yanaşı, çoxlu məktublar da yazıb. Həmin məktublar əsasında "Qalakənddən məktublar" adlı kitab nəşr olunub. V.Tapdıqlı onu da bildirib ki, birlik bu il "Qubada yəhudilərin soyqırımı", "Zəlimxan Yaqub", "Abbas Səhhət", "Rübabə Muradova", "Aşıq Pənah" s. filmlərin istehsalını tamamilə başa çatdırıb.

 

Kaspi.- 2007.-2 oktyabr.- S.17.