Nəzakət

 

Hüseyn Cavidin 125 illik yubileyi tədbiri

 

Babək  rayon   mədəniyyət və turizm şöbəsi rayon mərkəzləşdirilmiş kitabxana sistemi ilə birlikdə "Yaşa, dahi Cavidim" adlı tədbir  keçirmişdir. Tədbirdə   Hüseyn Cavidin yaradıcılığından   söhbət açılmışdır. Bundan əlavə, tədbir iştirakçıları "Hüseyn Cavid-125" sərgisinə baxmışlar. Burada Azərbaycan ədəbiyyatının görkəmli  nümayəndəsinin latın qrafikası ilə nəşr olunmuş 4 cildlik əsərləri, Rəfiq Zəka Xəndanın "Cavid sənəti", Zahid Ələkbərovun "Şeyx Sənan", Qulam Məmmədlinin  "Cavid-ömür  boyu"   monoqrafiyaları, müxtəlif dövrlərdə dərc olunmuş qəzet və jurnal materialları nümayiş etdirilir.

 

Səs.- 2007.- 17 oktyabr.- S. 12.