Arif Nərimanbəyovun 90 illiyinə həsr olunmuş xatirə gecəsi
Sentyabrın 28-də
Muzey Mərkəzində kinematoqrafiyamızın ilk
quruluşçu operatoru, əməkdar incəsənət
xadimi Arif Nərimanbəyovun 90 illik yubileyi
münasibətilə xatirə gecəsi keçirildi.
Tədbiri Azərbaycan Dövlət Film Fondu təşkil
etmişdi. Fondun direktoru Cəmil Quliyev gecəni açaraq
söylədi ki, Moskva Kinematoqrafiya İnstitutunun
tələbəsi olarkən aparıcı rejissorlardan Arif
Nərimanbəyov haqqında çoxlu xoş söz eşidib.
Onun çəkdiyi hər yeni film həm tamaşaçılar,
həm də operatorun özü üçün nailiyyət
idi.
Xatırladaq ki,
A.Nərimanbəyovun ilk filmi "Fətəli xan"
olmuşdur. Onun ardınca "Leyli və Məcnun",
"Bizim Cəbiş müəllim" filmlərini
çəkib. Arif Nərimanbəyovun
Neft daşlarında keçirdiyi üç aydan Azərbaycan kinematoqrafına tarixi kadrlar yadigar qalıb. "Belə bir ada var"
filmində operator qəhrəman neftçilərin
həyatını dolğunluğu
ilə əks etdirə bilib. Xatirə gecəsində
A.Nərimanbəyovun dostları
və yaxınları
çıxış etdi,
onun çəkdiyi filmlərdən parçalar,
həyatının müxtəlif
məqamlarını əks
etdirən fotoşəkillər
nümayiş etdirildi.
Kino+.- 2007.- 3 oktyabr.- S. 3.