Mükərrəmoğlu M.

 

Kamera arxasında ötən ömür

 

Muzey Mərkəzində əməkdar incəsənət xadimi, milli kinomuzun inkişafında əvəzsiz xidmətləri olan mərhum kinooperator Arif Nərimanbəyovun 90 yaşı qeyd olundu. Dövlət Film Fondunun təşkil etdiyi bu tədbirə Arif müəllimin yaxınları, görkəmli kino xadimləri, mədəniyyətimizin müxtəlif sahələrində çalışan sənətkarlar toplaşmışdılar. Bu yazıda məqsəd tədbir barədə söhbət açmaq deyil, ömür-gününü milli kinomuzun inkişafına həsr etmiş professional kinooperatorun yaradıcı həyatına nəzər salmaqdır.
Arif Nərimanbəyov 1917-ci ilin sentyabr ayında Bakıda dünyaya göz açmışdı. Uşaqlıqdan arıq çəlimsiz görkəmi o qədər diqqəti çəkmirdi. Ancaq texnikaya çox həvəskar idi. Fotoqraflıq onu çox cəlb edirdi.
Arif müəllimin çəkdiyi fotolar oxuduğu orta məktəbin divarlarını bəzəyirdi onu elə fotoqraf deyə çağırardılar. Gözəl rəssamlığı da var idi. Çox həssas uşaq idi.
Günlərin birində hansısa bir filmə baxmışdı yanında oturan tamaşaçı gözəl operator işi var” — deyə filmə tərif vuranda, operator sözü onu çəkmişdi sonradan bu sənət bütün həyatının mənasına çevrilmişdi.
Arif Nərimanbəyov Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna qəbul olanda, artıq bu sənətin az-çox sirlərinə bələd idi. Belə ki, dəfələrlə kinostudiyaya səfər etmiş, çəkilişlərə baxmışdı ona görə ağı-qaradan seçmək, işıq, kölgə münasibətlərini müəyyənləşdirmək onun üçün bir o qədər çətin deyildi. Amma institutda təhsil alanda hiss etdi ki, bu o qədər asan peşə deyil. Operatorun gərək güclü müşahidə qabiliyyəti olsun, seçə bilsin rəngləri, rakursları müəyyənləşdirməyi bacarsın.
Təhsil illərində böyük rus kinooperatorlarının təcrübəsini mənimsədi.
Sonra doğma Azərbaycana qayıdıb kinostudiyada işə düzəldi. Yefim Dziqanın Zeynəb Kazımova ilə birgə çəkdiyiFətəli xanfilmində ikinci operator kimi fəaliyyətə başladı. Məşhur Əlisəttar Atakişiyevin quruluşçu operator işlədiyi bu film onun sənət taleyində çox güclü rol oynadı. Bir tərəfdən təcrübəli kinooperator Əlisəttar Atakişiyevin, digər tərəfdən böyük aktyorlarınƏləsgər Ələkbərovun, İsmayıl Əfəndiyevin, Leyla Bədirbəylinin, Mustafa Mərdanovun, Nəcibə Məlikovanın, Möhsün Sənaninin digər sənətkarların işlədikləri filmdə operator kimi çalışmaq əslində elə məktəb idi. O çox şeylərin fərqinə varmağa başladı. İlk növbədə müxtəlif rakurslardan çəkiliş apardı, hadisələrin mahiyyətinə uyğun vəziyyətlər seçdi, bir sözlə, kameranın dilini öyrəndi, çəkiliş prosesinə alışdı. Beləcə, “Fətəli xanfilmi ilə sənətdə ilk uğurlu addımını atdı bundan sonra ona sərbəst operator işləmək imkanı yaradıldı.
1955-ci ildə kinorejissor Lətif Səfərov onaBəxtiyarfilmində quruluşçu operator kimi işləməyi təklif edəndə, həm ürəyincə olmuşdu, həm buna hazır idi. Bu filmdəki romantik səhnələri yəqin ki, görmüsünüz. Burada dənizlə bağlı elə romantik səhnələr var ki, elə bil onu kamera yox, elə rəssam işləmişdir. Çünki Arif müəllim əslində elə rəssam idi. Gözəlliyi hansı rakursdan ekrana gətirməyin yollarını artıq öyrənmişdi özü təbiətən romantik bir sənətkar idi. O bəzən təbiətin sərt şıltaq motivlərindən sakit epizodlara keçid edir, tamaşaçı bu motivlər arasında gərgin vəziyyətdə qalır. Rəşid Behbudovun mahnıları elə bil operatorun lentə köçürdüyü epizodları, hadisələri tamamlayır. Ümumiyyətlə, ağ-qara plyonkada lentə alınmış bu film onun ilk uğurlu, yaradıcılıq müvəffəqiyyəti idi.
Qızmar günəş altında”, “Bir qalanın sirri”, “Leyli Məcnun”, “Qaraca qız digər filmlərdə özünəməxsus dəst-xətti ilə seçilən gənc kinooperatorun yaradıcılığı getdikcə təkmilləşdi artıq aparıcı sənətkarlardan birinə çevrildi.
1969-cu ildə Həsən SeyidbəyliBizim Cəbiş müəllimfilmində operator işini Arif müəllimə həvalə etdi. İndi üstündən 40 ilə yaxın bir vaxt keçməsinə baxmayaraq bu film sevilə-sevilə baxılır. filmin belə müvəffəqiyyətli alınmasında söz yox ki, Arif müəllimin xüsusi payı vardır. O, Bakının, İçərişəhərin küçələrini ekrana ustalıqla gətirib. Elə bilirsən ki, İçərişəhərdəsən sənə
tanış olan dalanlardan keçirsən.
Sonra “O qızı tapınfilmində quruluşçu operator işlədi. Burada da yüksək sənətkarlıqla hadisələrin mahiyyətinə uyğun çəkilişlər aparılıb.Həyat bizi sınayır”, “Var olun qızlar”, “Ömrün səhifələri”, “Onun bəlalı sevgisikimi filmlərimizdə onun istedadla lentə köçürdüyü kadrlar bu gün yaşayır. bu gün tamaşaçılarekranda görünməyənbu böyük sənətkarın filmlərini hörmət məhəbbətlə xatırlayırlar. Nizamifilmində isə o daha maraqlı tarixi hadisələri lentə köçürüb.
Arif müəllim 1986-cı ildə “17 yaşlı oğlanadlı filmdə son dəfə quruluşçu rejissor kimi işlədi. 1992-ci ildə isə uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdi.
Onun yaradıcılığı dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş, “Əməkdar incəsənət xadimifəxri adına layiq görülmüşdür. Dəfələrlə Arif Nərimanbəyovun filmləri Ümummittifaq festivallarda mükafatlar almışdır.
Heç şübhəsiz ki, bu böyük sənətkarın xatirəsi xalqımızın yaddaşında əbədi qalacaqdır.
 
Xalq qəzeti.- 2007.- 16 oktyabr.- S. 6.