Nəzakət

 

Arif Nərimanbəyov kino sənətinin tarixində

 

Əməkdar incəsənət xadimi, milli kinomu-      zun inkişafında əvəzsiz xidmətləri olan mərhum kinooperator Arif Nərimanbəyo-vun 90 yaşı tamam oldu. Sənətkarın 90 illik yubi- leyi onu sevənlər tərəfindən böyük təntənə ilə keçirildi.

Arif Nərimanbəyov 1917-ci ilin sentyabr ayında Bakıda dünyaya göz açmış, uşaqlıqdan texnikaya çox həvəs göstərmiş, fotoqraflıq onu çox cəlb etmişdi. Arif Nərimanbəyovun çəkdiyi fo-tolar oxuduğu orta məktəbin divarlarını bəzəyirdi onu elə fotoqraf deyə çağırardı-lar. Elə bu həvəslə o, Arif Nərimanbəyov Ümumittifaq Dövlət Kinematoqrafiya ins-titutuna qəbul olunmuşdur. Amma institutda təhsil alan-da hiss etmişdi ki, bu, o qə-dər asan peşə deyil. Operatorun güclü müşahidə qabiliyyəti olmalı, rəngləri, rakursları müəyyənləşdir-məyi bacarmalıdır. Təhsil il-lərində böyük rus kinoope-ratorlarının təcrübəsini mə-nimsədi.

Sonra doğma Azərbay-cana qayıdib kinostudiyada işə düzəldi. Yefim Dziqanın Zeynəb Kazımova ilə birgə çəkdiyi "Fətəli xan" filmində ikinci operator kimi fəaliyyə-tə başladı. Məşhur Əlisəttar Atakişiyevin quruluşçu ope-rator işlədiyi bu film onun sənət taleyində çox güclü rol oynadı. Bir tərəfdən təcrü-bəli kinooperator Əlisəttar Atakişiyevin, digər tərəfdən böyük aktyorların - Ələsgər Ələkbərovun, ismayıl Əfən-diyevin, Leyla Bədirbəyli-

nin, Mustafa Mərdanovun, Nəcibə Məlikovanın, Möh-sün Sənaninin digər sə-nətkarlarm işlədikləri filmdə operator kimi çalışmaq, əs-lində, elə məktəb idi. O, çox şeylərin fərqinə varmağa başladı. ilk növbədə, müxtə-lif rakurslardan çəkiliş apar-dı, hadisələrin mahiyyətinə uyğun vəziyyətlər seçdi, bir sözlə, kameranın dilini öy-rəndi, çəkiliş prosesinə alış-dı. Beləcə, "Fətəli xan" filmi ilə sənətdə ilk uğurlu addı-mını atdı bundan sonra ona sərbəst operator kimi işləmək imkanı yaradıldı. 1955-ci ildə kinorejissor Lə-tif Səfərov ona "Bəxtiyar" fil-mində quruluşçu operator kimi işləməyi təklif edəndə ürəyincə olmuşdu. Gözəlliyi hansı rakursdan ekrana gə-tirməyin yollarmı artıq öy-rənmişdi özü təbiətən romantik bir sənətkar idi. O, bəzən təbiətin sərt şıltaq motivlərindən sakit epizod-lara keçid edir, tamaşaçı bu motiviər arasında gərgin və-ziyyətdə qalır. Rəşid Behbu-dovun mahnıları elə bil ope-ratorun lentə köçürdüyü epi-zodları, hadisələri tamamla-yır. Ümumiyyətlə, ağ-qara plyonkada lentə alınmış bu film onun ilk uğurlu yaradıcı-lıq müvəffəqiyyəti idi.

"Qızmar günəş altında",

"Bir qalanın sirri", "Leyli Məcnun", "Qaraca qız" digər filmlərdə özünəməx-sus dəst-xətti ilə seçilən gənc kinooperatorun yaradı-cılığı getdikcə təkmilləşdi artıq aparıcı sənətkarlardan birinə çevrildi.

1969-cu ildə Həsən Se-yidbəyli "Bizim Cəbiş müəl-lim" filmində operator işini Arif müəllimə həvalə etdi. In-di üstündən 40 ilə yaxın bir vaxt keçməsinə baxmayaraq bu film sevilə-sevilə baxılır. filmin belə müvəffəqiy-yətli alınmasında, söz yox ki, Arif Nərimanbəyovun xüsusi payı vardır. O, Bakının, İçəri-şəhərin küçələrini ekrana ustalıqla gətirib.

Sonralar "O qızı tapın" filmində quruluşçu operator işlədi. Burada da yüksək sə-nətkarlıqla hadisələrin ma-hiyyətinə uyğun çəkilişlər apardı. "Həyat bizi sınayır", "Var olun qızlar", "Ömrün səhifələri", "Onun bəlalı sev-gisi" kimi filmlərimizdə onun

istedadla lentə köçürdüyü kadrlar bu gün yaşayır. bu gün tamaşaçılar "ek-randa görünməyən" bu bö-yük sənətkarın filmlərini hörmət məhəbbətlə xatır-layırlar. "Nizami" filmində isə, o, daha maraqlı tarixi hadisələri lentə köçürüb.

Arif Nərimanbəyov 1986-cı ildə "17 yaşlı oğlan" adlı filmdə son dəfə quruluş-çu rejissorkimi işlədi. 1992-ci ildə isə uzun sürən xəstə-likdən sonra dünyasını də-yişdi.

Onun yaradıcılığı dövlə-timiz tərəfindən yüksək qiy-mətləndirilmiş o, "Əmək-dar incəsənət xadimi" fəxri adına layiq görülmüşdür. Dəfələrlə Arif Nərimanbəyo-vun filmləri ümummittifaq festivallarda mükafatlar al-mışdır.

Heç şübhəsiz ki, bu bö-yük sənətkarın xatirəsi xal-qımızın yaddaşmda əbədi olaraq qalacaqdır.

 

Səs.- 2007.- 17 oktyabr.- S. 12.