Ələddinqızı N.
Klassik musiqiyə
diqqət yüksək səviyyədədir
Prezidentin
imzaladığı sərəncam pedaqoji kollektivin
sevincinə səbəb olub
Ölkə Prezidenti
İlham Əliyev cənabları bu günlərdə
təhsil sahəsində olan bir qrup şəxsə fəxri
adlar təqdim etmişdir. Təhsilinin inkişafında rolu
olan pedaqoqların yüksək adlara layiq görülməsi
müasir cəmiyyətimizdə Azərbaycan elminin
inkişafına yönəldilmişdir.
Məlum
sərəncamla əlaqədar olaraq, Milli Konservatoriyanın
nəzdində fəaliyyət göstərən Musiqi Kollecinin
direktoru Nazim Kazımovla əlaqə yaratdıq. O, qeyd etdi ki,
sərəncam əsasında musiqi sahəsində çalışan
pedaqoqlardan altı şəxsə də fəxri adlar təqdim
edilmişdir: "İki pedaqoq respublikanın xalq artisti, ikisi
əməkdar incəsənət xadimi, biri əməkdar
artist, bir isə əməkdar müəllim adına layiq
görülmüşdür. Bizim bütün pedaqoji kollektiv
prezidentin sərəncamını yüksək
qiymətləndirir, onun Azərbaycan musiqi sənəti tarixində
rolu olan şəxslərin belə bir ali mükafatlarla
təltif olunmasını, sənətimizə
göstərilən diqqəti məhəbbət hissi ilə
qarşılayırlar. İlham Əliyev cənabları
mütəmadi olaraq sənət xadimlərinə diqqət
ayırıb və onları fəxri adlara, rnükafatlara layiq
görür. Elə bu yaxınlarda 18 sentyabr Milli Musiqi Günü
ilə bağlı Prezidentin imzaladığı
sərəncama əsasən, fəxri adlar musiqiçilərə
təqdim olundu. Klassik musiqiyə, muğamlara diqqət yüksək
səviyyədədir. Heydər Əliyev Fondunun Prezidenti
Azərbaycan Mədəniyyətinin Dostları Fondunun
sədri, YUNESKO-nun xoşməramlı səfiri Mehriban
Xanım Əliyevanın təşəbbüsü ilə
bildiyiniz kimi muğam müsabiqəsi start
götürmüşdür. Respublika səviyyəsində
keçirilən müsabiqənin qalibləri münsiflər
heyətinin qərarı ilə
müəyyənləşdiriləcək."
Səs.- 2007.- 5 oktyabr.- S. 12.