Xəlilzadə F.

 

İki dahinin amal birliyi

 

Böyük Cəlil Məmmədquluzadə ilə unudulmaz Üzeyir Hacıbəyov həm də yaxın dost olublar. Onları birləşdirən amalları, məqsədləri işıqlı fikirləri olub. Uzun illər boyu hər iki şəxsiyyətin həyat yaradıcılığını araşdıran tədqiqatçılar Üzeyir Hacıbəyovun "Molla Nəsrəddin" jurnalının səhifələrində hansı yazılar imzalarla çıxış etdiyini dəqiqləşdirə bilməyiblər. İstər mollanəsrəddinşünaslığın, istərsə də üzeyirbəyşünaslığın müxtəlif yönlərinə işıq salınsa da, Üzeyir Hacıbəyovun bu jurnalın səhifələrindəki fəaliyyətinə aydınlıq gətirilməmişdir. Yalnız Qulam Məmmədli hazırladığı salnamələrdə Üzeyir Hacıbəyovun "Molla Nəsrəddin" jurnalında çıxış etdiyini söyləmişdi. Xalq yazıçısı Mirzə İbrahimov da "Tufanlara kömək edən bir qələm" kitabında Üzeyir bəyin "Molla Nəsrəddin" jurnalında çıxış etdiyini yazırdı. Onun göstərdiyi sıra belə idi: "Üzeyir Hacıbəyov "Molla Nəsrəddin", "İrşad", "Tərəqqi", "Həqiqət", "İqbal" s. qəzet-jurnallarda çap etdirdiyi saysız-hesabsız publisistik yazılarında Azərbaycan xalqının həyatını, mübarizəsiniE əks etdirir".
Bütün bunlarla yanaşı, Üzeyir Hacıbəyovun "Molla Nəsrəddin" jurnalında çap etdirdiyi yazıların adı bəlli deyildi. Təxəllüsləri qaranlıq qalmışdı. 2005-ci ildə Üzeyir Hacıbəyovun anadan olmasının 120, 2006- ildə "Molla Nəsrəddin" jurnalının nəşrə başlamasının 100 illik yubileyləri dövlət tərəfindən verilmiş xüsusi sərəncamlarla qeyd olundu. Bu möhtəşəm yubileylərlə bağlı aparılan tədqiqatlar həqiqətən maraqlı fərəhləndirici oldu. Mətbuat xadimi, professor Şirməmməd Hüseynovun bütün həyatını Üzeyir Hacıbəyovun yaradıcılığına həsr etmiş Səadət Qarabağlının apardığı axtarışların nəticəsi öz bəhrəsini verdi. Məlum oldu ki, dahi Üzeyir bəyin "Molla Nəsrəddin" jurnalında (hələ ki bu rəqəm aşkarlanıb) yeddi felyetonu çap edilib. Bu uğurlu tədqiqatdan sonra axtarışlar yenə davam etməkdədir.
Şirməmməd Hüseynov iki, Səadət Qarabağlı isə beş felyeton aşkar etmişlər. Üzeyir Hacıbəyov bu felyetonlarını "Adı molla, özü bəy filankəs", "Çoban, "Lal uşaq", "Hamamçı", "Yalançı", "Namuslu" ləqəbləri ilə çap
etdirmişdir. Şirməmməd Hüseynov yazır: "Üzeyir bəy həm publisist istedadlı satirik qələmə malik idi. Onun təkcə "İrşad" qəzetinin 1905-1908-ci illər nömrələrində "Ordan-burdan" ümumi başlığı altında 300-dən çox satirik yazısı dərc olunmuşdur. Bu səciyyədən olan felyetonlara biz Üzeyir bəyin bilavasitə işlədiyi, əməkdaşlıq etdiyi "Tərəqqi", "Həqiqət", "İqbal", "Yeni iqbal", "Açıq söz", "Azərbaycan" digər mətbuat orqanlarında da rast gəlirik". Şirməmməd müəllimin "Molla Nəsrəddin" jurnalında aşkar etdiyi felyetonların dil üslubu, ləqəbi təsdiqləyir ki, onlar məhz Üzeyir Hacıbəyova məxsusdur.
Uzun illər Üzeyir Hacıbəyovun yaradıcılığını müxtəlif yönlərdən araşdırmaqla məşğul olan, onun publisistikası ilə bağlı mükəmməl monoqrafiyanın müəllifi Səadət Qarabağlı əməkdar jurnalist Tahir Aydınoğlu çox xeyirxah, nəcib bir görərək həm Üzeyir Hacıbəyovun yeni aşkarlanmış felyetonlarını, həm dahi bəstəkarın mollanəsrəddinçi olması ilə bağlı müxtəlif tədqiqatçıların, jurnalistlərin yazılarını bir yerə toplayaraq onu kitab şəklində nəşr etdirmişlər. "Üzeyir bəy Hacıbəyov" "Molla Nəsrəddin" adlanan yeni topluda məhz ilk dəfə olaraq unudulmaz bəstəkarın bu yöndəki fəaliyyəti oxuculara müfəssəl çatdırılır. Üzeyir bəyin "Molla Nəsrəddin" jurnalında çap edilmiş felyetonlarını yeni əlifbaya mətnşünas alim Turan Həsənzadə Arif Ramazanov köçürmüşlər. Topluya ön söz yazan Tahir Aydınoğlu göstərir ki, nəhayət, zamanın sorğusuna dəqiq cavab verildi.
Məlumdur ki, Üzeyir Hacıbəyov o dövrün mətbuat səhifələrində müxtəlif imzalarla çıxış edərdi. Aparılan tədqiqatlar nəticəsində, nəhayət, Üzeyir bəyin 67 gizli imzası aşkar edilmişdir. Onlardan 42-ni Arif Ramazanov, 25-ni Qulam Məmmədli aşkar etmişlər. Səadət xanım yazır: "Üzeyir Hacıbəyovun "Molla Nəsrəddin" jurnalında tapılmış dörd felyetonu müxtəlif illərdə dərc edilmişdir. Məsələn, "Adı molla, özü bəy filankəs" imzası ilə "Molla Nəsrəddin"in 40- sayında çıxmış, "Məlakə sifəti" felyetonu 1908-ci ildə, "Çoban" təxəllüsü ilə "Orucluq" 1910-cu ildə, "Yalançı" imzası ilə "Qəribə mühakimə" 1924-cü ildə nəhayət, "Namuslu" təxəllüsü ilə "Oktyabr teatr" 1927-ci ildə çap edilmişdir".
Maraqlıdır ki, Üzeyir Hacıbəyovun "Molla Nəsrəddin" jurnalının səhifələrində gizlətdiyi imzalarla o, başqa qəzet jurnallarda da çıxış etmişdir. Həmin yazılar Üzeyir bəyin külliyyatına daxildir. Unudulan, bəlkə gec tapılanı yalnız "Molla Nəsrəddin" jurnalında nəşr edilmiş felyetonları olub. Vaxtilə çoxlarının verdiyi bir sual - Üzeyir bəy mollanəsrəddinçi olubmu - sorğusuna cavab olaraq mərhum tədqiqatçı Mirabbas Aslanovun dediklərini xatırlamaq kifayətdir. Üzeyir Hacıbəyov "Molla Nəsrəddin"in həm məslək dostu, həm müəlliflərindən biri idi. Bu fikrin məntiqi öz yerində, təbii olması da əsaslıdır. Fikrimizi əsaslandırmaq üçün səbəb fakt çoxdur. Ən başlıcası, hər iki dahi Azərbaycan xalqının maariflənməsinə, millətin işıqlı sabahlara doğru addımlamasına, milli şüurun oyanışına var qüvvəsi ilə çalışırdı. Yaş fərqlərinə baxmayaraq, Mirzə Cəlillə Üzeyir Hacıbəyov çox yaxın dost olublar. Bu barədə Cəlil Məmmədquluzadənin həyat yoldaşı Həmidə xanım Cavanşir öz xatirələrində maraqlı hadisələri qələmə almışdır. Bəlli olur ki, onlar bəzən yay istirahətlərini ailəlikcə bir yerdə keçirərmişlər. Meşəyə, bağa getməyi çox sevərmişlər. Bu faktlar bəlli olduğu halda nədənsə uzun müddət Üzeyir Hacıbəyovun "Molla Nəsrəddin"dəki fəaliyyəti diqqətlə araşdırılmamışdır.
Üzeyir Hacıbəyovun publisistik yaradıcılığı ilə bağlı müxtəlif fikirlərin mövcudluğu da, görünür ki
, bu işdə maneə olmuşdur. Bəzilərinə elə gəlirdi ki, Üzeyir Hacıbəyovu ancaq bəstəkar kimi təqdim etmək yetərlidir. Halbuki Üzeyir Hacıbəyov hərtərəfli yaradıcılığa malik istedadlı şəxsiyyət olmaqla yanaşı, həm ən böyük, dəyərli nümunə götürüləcək jurnalist olmuşdur.


Azərbaycan
.- 2007.- 3 oktyabr.- S. 8.