Karnegi İnstitutunda muğam ifacılarımızın konserti olub

 

Azərbaycanın gənc muğam ifaçıları Vaşinqtonun Karnegi İnstitutunda konsert proqramı ilə çıxış ediblər. APA-nın ABŞ bürosunun məlumatına görə, Azərbaycanın ABŞ-dakı səfirliyinin təşkilatçılığı ilə baş tutan konsertin əvvəlində bəstəkar Səyavuş Kərimi muğamın tarixi hazırda muğamın inkişafı üçün ölkəmizdə görülən işlər haqqında qısa məlumat verib. Xanəndələr Bəyimxanım Mirzəyeva Təyyar Bayramovun ifasında "Mənim Azərbaycanım", "İrəvanda xal qalmadı", "Bana-bana gəl", "Sarı gəlin", "Qarabağ şikəstəsi" digər mahnıları dinləmək imkanı qazanıblar. Azərbaycanın əməkdar artistləri tarzən Elçin Həşimov kamançaçalan Elnur Əhmədovun ifaları xüsusi heyranlıqla qarşılanıb. Konsert proqramı bitdikdən sonra tamaşaçıların sürəkli alqışları nəticəsində musiqiçilər 2 dəfə yenidən səhnəyə qayıdaraq yeni musiqi parçaları ifa ediblər. Konsertdən əvvəl tamaşaçılara Azərbaycan Mədəniyyətinin Dostları Fondunun nəşr etdirdiyi "Muğam" jurnalı paylanıb. Tədbirdə Azərbaycanın Vaşinqtondakı diasporunun üzvləri ilə yanaşı, diplomatik korpusun və ABŞ-ın hökumət və qeyri-hökumət təşkilatlarının çoxsaylı nürnayəndələri iştirak ediblər. İncəsənət ustalarının ABŞ-a səfəri Dövlət Departamentinin "Mədəni müxtəliflik" mübadilə proqramı çərcivəsində həyata keçirilir. Nümayəndə heyətinin səfər proqramına Vaşinqtondan əlavə, Blufild (Qərbi Virciniya ştatı), Sietl (Vaşinqton ştatı), Santa Fe (Nyu-Meksiko ştatı), Nyu-Orlean (Luiziana ştatı) və Nyu-York (Nyu-York ştatı) şəhərlərində müxtəlif ikitərəfli görüşlər və mədəni tədbirlər daxildir.

 

İki sahil.- 2007.- 5 oktyabr.- S. 6.