Qaliboğlu E.
Sənətim naminə
çox çətinliklərə dözmüşəm
Şəfiqə Axundova: "Son vaxtlar
nadir hallarda mahnı yazıram"
Onun mahnıları həmişə
repertuardadır. Ömrünü daim yaradıcılıq
qayğılarıyla yükləyib,
taleyinə dönük
çıxmayıb. Hətta bəstəkarlığına
mane olduğuna görə
ailədən də imtina edib. O vaxtdan mehrini oğlu Talehə salıb, bəstəkarlıq
sənətinə olan
sevgisini daim alışdırıb. Ustadı Üzeyir
bəyi həmişə
böyük sayğıyla
xatırlayır. Üzeyir
bəy
Şəfiqə xanım tələbə olarkən ona maddi və mənəvi
cəhətdən kömək
edib, bəstəkarlıq
istedadını aşkarlamağa
ruhlandırıb.
Beləliklə, xalq artisti, 83 yaşlı Şəfiqə
Axundova ilə həmsöhbətik.
- Şəfiqə xanım,
necəsiniz? Ömrün-günün hansı vədəsidir?
- Sağ olun, yaxşıyam. Babatam. Həyatdır, yaşayıram. Heçə
aydır ki, yaradıcılıq sarıdan
bir yenilik yoxdur. Bu yayın
istiləri məni lap
əldən saldı.
Gözləyirəm ki,
havalar bir az da soyusun, özümə gəlim. Hələ mən deyən
sərinlik yoxdur.
Azca istilik belə ürəyimə pis təsir edir. Yaş özünü indi daha ciddi göstərir.
- Yayı
harada keçirdiniz?
- Əvvəlcə Şəkiyə
getdim, orada dura bilmədim, çox isti idi, Bilgəhə getdim. Gördüm yox, burda da qalmaq mümkün
deyil. Hə isə, bir zülmlə yayı başa vurdum. Bir az dənizdən uzaq düşmüşdüm. Həyatdır, hansısa bəxtəvər
həyatı nə cür yaşayır, mən nə cür yaşayıram.
- Amma
sizi də bəxtəvər oxşayanlar
az deyil.
- Hə bilim, o qədər problemlərim, dərdim-sərim
var ki? Deyə bilmirəm.
- Amma
eviniz, şəraitiniz
var. Hələ dövlət
yüksək təqaüd
də verir.
- Bəli, ev, təqaüd
var, sağ olsunlar, razıyam. Amma narahatlığım ürəyim
sarıdandır. Çox xəstəyəm.
Deyəsən, daha axırdır
(kövrəlir).
- Hər
halda məncə, qocalığın da öz gözəlliyi var. Düzdür, qocalıqda ömrün çoxu getsə də, dünyanı anlamaq sarıdan
aydınlıq artır.
- Bircə bu soyuqlar düşsəydi,
yaxşı olardı.
Cavanlıqda isti-soyuq nədir,
bilməzdim. Dərman atıram.
Həkim
gəlmişdi, dərman
yazdı. Dərmanı da həmişə ata bilmirəm, xeyri yoxdur.
Dərman atmaqla da
- Həslinizdə
uzunömürlü olubmu?
- Biz tərəfdə
olmayıb. Adam vaxtında getsə yaxşıdır.
Sənətimdən ötrü çox çətinliklərə dözmüşəm. Sevinirəm ki,
sənətdə istədiyim
zirvəyə qalxdım.
Yaradıcılıqda uğur qazanmaq
yuxusuz gecələrin
bahasına başa gəlir. Opera, operetta,
65-ə qədər dram tamaşasına
musiqilər yazmışam.
Gəncliyimdən bəri çox
işləmişəm, görünür,
artıq tamam yorulmuşam. "Laylay", "Gözlərimin
işığı", "Hədən oldu?"
"İntizar" və başqa mahnılarım populyardır.
- Bugünkü
gənclərin mahnı
yaradıcılığı sizi qane edirmi?
- Bugünkülərdə
milli musiqidən uzaqlaşma meylləri də hiss edirəm. Mən Üzeyir Hacıbəyovdan
dərs almışam,
onun dediklərinə əməl etdim. Axıra kimi milli kökə,
musiqimizə bağlı
olacağam. Əsil sənət
həmişə yaşayır.
Üzeyir bəy dahi idi, musiqimizi incəliklərinə qədər
bilirdi. Belə adamlar həmişə
doğulmur. Elə təkcə
"Koroğlu" operası
hər şeyə dəyər. Hər il Üzeyir
bəyin məzarını
ad günündə ziyarət
etmişəm. Bu il Bilgəhdə olduğumdan gedə bilmədim. Üzeyir bəy böyük
insan idi. Görürsən, indi bəziləri
heç nə yazmamış özlərindən
çox razı görkəm alırlar.
Üzeyir bəydə heç
vaxt özündən
razılıq görmədim,
çox təvazökar
idi. Gərək bəstəkar musiqi
yazanda fikirləşsin
ki, onu ilk növbədə xalq dinləyəcək. Təəssüf ki, xalqın milli musiqi mədəniyyətinə
sadiq adamlar azdır.
Üzeyir bəy həmişə tələbələrinə qarşı
ciddi və doğma idi.
Sinfə girəndə
sifətimizə baxıb
deyirdi: "Deyəsən,
çörək yeməmisən,
rəngin saralıb".
Əlindən gələn köməkliyi
edərdi. Ağır müharibə
illəri idi, çörək tapılmırdı.
- İnsan çox
şey arzulayır, amma aza yetir. Gəncliyinizdən bəri arzulayıb
yetə bilmədikləriniz
varmı?
-
Sənətdə arzularıma çatmışam. "Ev
bizim, sirr bizim" operettam da uzun müddət
səhnədə oldu. Həsibə Zeynalovadan sonra o operetta
daha getmir. Dedilər Həsibə xanımdan sonra Əsməti
oynayan başqası yoxdur. "Gəlin qayası" isə
repertuardan çıxarılmayıb.
- Azərbaycan musiqisindəki
özgə əhvallardan bu gün tanınmış
bəstəkarların demək olar, hamısı
şikayətlənir, amma bu özgəliklərə
qarşı müqavimət o qədər də
görünmür. Təəssüf ki, musiqidəki
özgəliklərin çeşidi gündən-günə
daha da əlvanlaşır.
- Azərbaycan
estradası deyəndə o demək deyil ki, estradada yad musiqi
xalları vurasan. Mənim "İntizar" mahnım var. Bu
da estrada mahnısıdır, amma milli kökə tamamilə
bağlıdır. Heç uzağa getməyək, iki il qabaq
dillər əzbəri olan bayağı mahnılar bu gün
niyə oxunmur? Ona görə ki, milli kökə bağlı
deyil. Belə mahnılar bu səbəbdən yadda da qalmır.
- Oğlunuz Taleh hazırda nə
işlə məşğuldur?
- O,
istedadlı pianoçudur. Hazır notu verirsən,
bəstəkarın yazdığından da yaxşı
çalır. Bir ana kimi yox, bəstəkar kimi deyirəm,
Taleh güclü pianoçudur: klassik musiqi ilə
yanaşı xalq mahnılarını da çox gözəl
çalır.
- Bir vaxtlar İbrahim Tatlısəs
mahnınızı oxuduğuna görə qalmaqal
yaranmışdı...
- O, "Hədən
oldu"nu kinoda oxumuşdu. Bakıya gələndə onunla görüşdüm,
bilirdi ki, mahnı mənimdir, amma nəsə, ürəyimcə olan hərəkət eləmədi.
Bu barədə danışmaq istəmirəm.
Ümumiyyətlə, indi hər
yerdə - telekanallarda,
radiolarda, toylarda mahnılarım oxunur, amma mənə qonorar çatmır.
Yenə sovet vaxtı qonorar olurdu.
- Maraqlıdır,
sizin üçün
mahnı necə yaranır?
- Qəribə xasiyyətim var. Otururam, birdən əlimə ürəyimə yatan şeir keçəndə
o saat mahnını yazıram. Heçə ay
qabaq bir kitab əlimə keçdi, gözüm maraqlı şeirə sataşdı: "Ömürdən
bir gün də keçdi". Bu şeir məni
necə tutdusa, oturdum yazdım, rahatlandım. Məndə mahnı
yağış kimi gəlir, xüsusi gözləmirəm. 1940-cı
ildən yaradıcılıq
halım belədir.
Yalan olmasın, evdə bir anbar kitab
var. Kitablrını ya
görüşəndə bağışlayırlar, ya
da aşağıda qapıçıya verirlər. Baxıram, ürəyimə
yatan mətnlər çox olmur. Son vaxtlar nadir hallarda
mahnı yazıram.
Amma həmişə qələmimə sadiqəm.
Xalq qəzeti.- 2007.- 6 oktyabr.- S.14.