Turanə
Əsl
sənət klassik
musiqidən başlayır
Pianoçu
Ülviyyə Hacıbəyova: “Bu gün klassik musiqi az
təbliğ olunur”
Klassik musiqini
sevən hər kəs onu yaxşı tanıyır.
Özünün də dediyi kimi, bu sahədə
çalışan sənət adamlarını tanımaq
üçün tamaşaçıda sadəcə bir az klassik
musiqiyə maraq olmalıdır. Ülviyyə xanım filoloq
ailəsində dünyaya göz açsa da, valideyinləri
də musiqiyə meyilli olub. Uşaqlıqdan fitri istedadı
olan bu xanım ilk dəfə fortepiano arxasına üç
yaşı olarkən əyləşib. Həyatından
və qarşısına çıxan insanlardan
razılıq edən, Ülviyyə xanımın taleyinə
ziyalı ailəsində böyümək, daha sonra
Azərbaycan musiqisinə əvəzsiz insanlar bəxş
edən bir ocağa, Hacıbəyovlar ailəsində gəlin
olmaq yazılır. Həyat yoldaşı, mərhum
bəstəkar İsmayıl Hacıbəyovla
sürdüyü ömür isə onun üçün
ən böyük yaradıcılıq məktəbi olur.
Beləliklə, müsahibimiz bu yaxınlarda əməkdar
incəsənət xadimi fəxri adı ilə təltif olunan
gözəl pianoçu Ülviyyə xanım
Hacıbəyovadır.
Ailəmizdə ədəbiyyata
maraq daha çox olub
- Hər bir ziyalı
ailəsində olduğu kimi, mənim valideyinlərim də
övladlarına həm ədəbi, həm də musiqi
təhsili verib. Anam isə musiqini daha çox
sevirdi. Atam Bakı Dövlət
Universitetinin professoru,
gözəl filoloq idi. Valideyinlərim eyni sənət
sahibi idi. Ailəmizdə ədəbiyyata maraq
daha çox idi. Çünki nənəm də
filoloq olub. O, həm də gözəl şeirlər
yazırdı, dahi şairimiz Səməd Vurğunun yaxın qohumlarından idi. Atamın əsli
Həyatımın ən mənalı
və maraqlı səhifələri
- Hər zaman müəllim sarıdan bəxtim gətirib. Qarşıma çıxan bütün
müəllimlərdən bu
günə kimi razıyam. Bülbül
adına orta ixtisas musiqi
məktəbində oxuyarkən
paralel olaraq həm də direktorumuz, gözəl insan Nazim Əliverdibəyovdan
bəstəkarlıq dərsləri
almışam. Nazim müəllim
gözəl insani keyfiyyətlərə malik
idi. İnstitutda isə Fərəc
Qarayevdən bəstəkar
kimi fakultativ olaraq dərs almışam. Yaradıcı fəaliyyətimi Milşteyn,
Rauf Atakişiyev və Fərhad Bədəlbəyli ilə
ünsiyyətdə olaraq,
davam etdirmişəm.
Ən böyük yaradıcılıq
məktəbini isə
yoldaşım İsmayıl
Hacıbəyovla keçmişəm.
Biz pianoçulara mütləq kənardan dinləyən bir kəs lazımdır.
Həmişə gecə saatlarına
kimi atamla ədəbi diskussiyalar aparardıq. Ən gözəl
tərəfi odur ki, yoldaşım da mənim kimi
mütaliəni çox
sevirdi. Ailə həyatı qurduqdan
sonra onunla birgə memuarlar, ədəbi-bədii, publisistik
əsərlər, elmi
məqalələr oxuyub,
fikirlərimizi bir-birimizlə
bölüşürdük. Xoşbəxtliyim onda olub ki, həmişə fikirlərimiz üst-üstə
düşüb, bir-birini
tamamlayıb. Yoldaşımla bağlı xatirələrim
həyatımın ən
mənalı və maraqlı səhifələrindəndir.
Klassik musiqini
də təbliğ edən yarışma olmalıdır
- Hazırda
Bakı Musiqi Akademiyasında çalışıram. İşlədiyim musiqi ocağını isə çox sevirəm. Bizdə təmənnasız olaraq tələbələrlə əlavə
dərs saatlarını
aparan müəllimlər
var. O müəllimlərimiz Üzeyir Hacıbəyov, Qara Qarayev kimi
dahi bəstəkarlardan
örnək götürərək,
onların yolunu davam etdirirlər. Yoldaşım İsmayıl Hacıbəyov
da hər zaman sənəti şəxsi maraqlarından
üstün tutardı.
Mən də onun yolu
ilə getməyə çalışıram. Məni əhatə
edən insanlar sənətinə, peşəsinə
hörmətlə yanaşan,
işinin vurğunu olub. Mən də belə
görüb-götürmüşəm.
Bədbin danışan insanlardan
xoşum gəlmir.
Hər zaman optimist olmağa çalışıram. Bəlkə, özümə qarşı
çirkin münasibət
görməmişəm ona
görə insanlar haqqında belə şox təəssüratlarla
danışıram. Gənclərimizi danlayan, onların potensialından şikayətlənən
insanlardan xoşum gəlmir. Yetəri qədər işində
peşəkar və istedadlı gənclərimiz
var. Mən sadəcə
telekanallarda yayımlanan
musiqili yarışmaların
daha çox bir janra üstünlük
verməsindən şikayətçiyəm.
Klassik musiqini də təbliğ edən yarışmanın olmasını
istəyirəm. Demirəm, klassik
musiqi estradadan çox önə çəkilsin, sadəcə,
bu janra da televiziya kanallarında
yer ayrılsa yaxşı odlar. Çünki telekanallar təbliğatçı
işini icra edir. Mən klassika ilə yanaşı, estrada,
caz, pop musiqini də sevirəm. Hansısa musiqi janrının pərəstişkarları varsa,
insanları onu dinləməkdən məhrum
etmək olmaz. Bütün istiqamətlərə yer verilməlidir. Seçimi də
tamaşaçıların ixtiyarına vermək lazımdır. Bu janrların hər biri xalqa xidmət
edir. Amma bir məsələ
də var ki, tamaşaçını
da düzgün tərbiyə etmək, doğru yola istiqamətləndirmək lazımdır.
Əvvəllər Opera və Balet
Teatrına gedənlərin
sayı çox idi. Tamaşaçılar dəfələrlə “Koroğlu” operasını
dinləməkdən yorulmurdu.
Hətta
uşaqlar da tamaşanın gedişatını
əzbər bilirdi.
Çünki o zaman bu sahə güclü təbliğ olunurdu.
İndi isə operaya, klassikaya bir o qədər də maraq yoxdu. Hər sahədə bərabərhüquqlu
təbliğat aparılsa,
insanlar da özlərinə uyğun
olanı seçmək
imkanı qazanar.
Bugünki tamaşaçılara seçim verilmir, nəyi təqdim edirlər onu da qəbul etmək
məcburiyyətindədir. Bu gün isə
təbliğat birtərəfli
aparılır. Daha
çox estrada
janrına və aşağı səviyyəli
şoulara üstünlük
verilir. Ona görə də,
mən daha çox xəbərləri
izləməyə, siyasi
proqramlara baxmağa üstünlük verirəm.
O səpkili proqramlar yüksək səviyyədə
hazırlanır. Təbii ki,
hər kəs yaşadığı mühitdə
baş verən hadisələrdən xəbərdar
olmalıdır. Mən yayımlanan
şou proqramların əleyhinə deyiləm, onların da öz pərəstişkarları
var. Amma klassikaya da yer ayrılmalıdır.
Azərbaycanda hələ də
Qara Qarayevin lazımi qiyməti verilməyib. O dahi insanı Üzeyir bəyin ən layiqli davamçılarından
hesab edirəm. Hesab edirəm ki, Soltan Hacıbəyov,
Cövdət Hacıyev,
Arif Məlikov, Aqşin Əlizadə və b. kimi bir çox bəstəkarların musiqiləri
daha çox təbliğ olunmalıdır.
Tək mən belə düşünmürəm. Ümumiyyətlə, bu gün klassik Azərbaycan musiqisi az səslənməkdədir.
Müasir Azərbaycan musiqisinin
daha çox təbliğ olunmasını
istəyirik. Müasir musiqimizi
təbliğ etmək
Fərəc Qarayev, Firəngiz Əlizadənin
çiyinlərindədir. Arzu edirəm ki, Fərəc Qarayevin, İsmayıl Hacıbəyovun
və onların davamçılarının əsərləri
həm Azərbaycanda,
həm də ölkəmizin hüdudlarından
kənarda daha çox təbliğ olunub, səsləndirilsin.
Bizim vaxtımızda klassik musiqinin təbliği daha düzgün aparılırdı.
Arada zəiflik
göstərib mahnı
da yazıram
- Həm də pedaqoq kimi fəaliyyət
göstərirəm. Hazırda
iki kitab üzərində işləyirəm.
“Xalq dastanları Azərbaycan bəstəkarlarının
opera yaradıcılığında” və “İsmayıl Hacıbəyovun kamera-instrumental
yaradıcılığı”. Bu elm sahəsində olan işlərimdir. Pianoçu
kimi də aktiv fəaliyyət göstərirəm. Arada zəiflik göstərib mahnı da yazıram.
Fortopiano əsərlərim
də var, amma onları hələ üzə çıxarmamışam. hazırda Qara Qarayevin 90 illiyinə həsr olunmuş silsilə konsertlər üzərində işləyirəm.
Vokalçıları müşayiət
etməyi sevirəm. Əməkdar artist Gülnaz
İsmayılova, beynəlxalq
müsabiqələr laureatı
Fəridə Məmmədova
ilə işləmək
mənə hədsiz zövq verir. Gənc müğənni,
bu yaxınlarda laureat olmuş Nurlan Növrəslinin ifasını isə çox sevirəm və qiymətləndirirəm.
Bu il bir
uğurum da oğlumun Bakı Musiqi Akademiyasına qəbul olmasıdır. Bu
da yəqin, bir ana kimi fəaliyyətimin uğurudur.
Yeni
Azərbaycan.- 2007.- 18-19 oktyabr.- S.4.