Ülvi A.
XII Uşaq Muğam Festivalı
Son zamanlar
ölkəmizdə qədim irsimizin öyrənilməsi
və təbliği ilə bağlı yüksək
səviyyədə işlərin aparılmasına diqqət
güclənmişdir. Azərbaycan Mədəniyyətinin
Dostları Fondunun təşəbbüsü ilə
görkəmli muğam ustalarımızın antologiyasının
işıq üzü görməsi, ölkə Prezidenti
cənab İlhanı Əliyevin respublikada Muğam
Mərkəzinin yaradılması haqqında
sərəncanıı deməyə əsas verir ki, bu
işlərin regionlarda da aparılması üçün
yerli təşkilatların diqqətinə ehtiyac vardır.
"Kainat" Gənclik
Mərkəzinin direktoru, XII uşaq muğam festivalının
təşkilat komitəsinin sədri Rahib
Rəsulzadədən aldığımız məlumata
görə,ötən illərdə olduğu kimi,
"Kainat" gənclik Mərkəzi bölgələr
üzrə yaradıcı qrupla birgə gənc istedadların
seçiminə 2007-ci ilin may ayından zonalar üzrə (Salyan,
Neftçala, Əli Bayramlı, Hacıqabul, Şamaxı,
İsmayıllı, Sumqayıt, Bakı) start verib. Respublika Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkilat komitəsi fəaliyyətə başlayıb.
İlk seçmə turun keçirilməsi Salyan və Neftçala şəhərlərində
baş tutdu - 2007-ci il 31 may tarixində.
XII uşaq muğam festivalının növbəti seçmə turu iyun ayında Hacıqabul və Əli Bayramlı
şəhərlərində davam etdirilib. Növbəti mərhələ
Şamaxı-İsmayıllı
zonasında baş tutdu (12 iyulda). Son seçmə tur isə Bakı
və Bakıətrafı
zonaları, bir də Abşeron və Sumqayıtı əhatə edirdi (30 sentyabrda həyata keçirildi.)
Bundan başqa, bütün seçmə turlar (final mərhələsi daxil olmaqla) İctimai Televiziya və Radio Yayımları
Şirkətinin təşkilat
komitəsinə daxil edilmiş yaradıcı qrup tərəfındən
ətraflı surətdə
işıqlandırıldı. Hal-hazırda final mərhələsinin keçirilməsinə start
verilib. Artıq
15 gənc istedad B. Salahov adına Xalq çalğı alətləri ansamblının
müşayiəti ilə
məşqlərə başlayıb.
Yekun konserti və qaliblərin mükafatlandırılması mərasimi
2007-ci il oktyabr ayının 13-də saat
15.00-da R.Behbudov adına
Dövlət Mahnı
Teatrında təşkil
olunacaq.
Xalq qəzeti.- 2007.- 6 oktyabr.- S. 5.