Azərbaycan Prezidenti İlham Əliyev xalq
artisti Habil Əliyevi qəbul etmişdir
Azərbaycan Prezidenti
İlham Əliyev oktyabrın 22-də Prezident Sarayında xalq
artisti Habil Əliyevi qəbul etmiş, Azərbaycan
mədəniyyətinin inkişafındakı
xidmətlərinə görə ona “İstiqlal” ordenini
təqdim etmişdir.
Xalq artisti Habil Əliyev
dövlətimizin başçısına
müraciətlə dedi:
- Möhtərəm
cənab Prezident, Sizə təşəkkür edirəm. Mən televiziya kanallarına da müsahibə vermişəm.
Siz bu yüksək mükafatı, ordeni verməklə
mənə ömür də verdiniz, həyat da verdiniz.
Sizə təşəkkür edirəm, neçənci
dəfədir ki, mənə belə diqqətinizi sübut
edirsiniz. Allah Sizi bu xalqın üstündən əskik
etməsin.
Prezident İlham Əliyev görkəmli kamança ustasına
təşəkkür edərək dedi:
- Sağ olun, mən sizi təbrik edirəm. Siz
buna layiqsiniz, böyük xidmətlər göstərmisiniz.
Uzun illər ərzində Azərbaycan xalqına böyük
xidmətlər göstərmisiniz, bizim milli musiqimizin,
mədəniyyətimizin inkişafında sizin çox
böyük rolunuz var. Siz bu yüksək mükafata layiqsiniz.
Ona görə mən sizi təltif etdim və bu gün
istədim ki, şəxsən özüm sizə “İstiqlal”
ordenini təqdim edim.
Dövlətimizin
başçısı İlham Əliyev “İstiqlal” ordenini
xalq artisti Habil Əliyevə təqdim etdi.
Habil Əliyev: Cənab
Prezident, Sizə çox təşəkkür edirəm. Rəhmətlik ümummilli
liderimiz bu xalq üçün, respublika
üçün çox böyük işlər
görübdür. Sizin haqqınızda söz demək
çətindir. Çünki sözün gücü çatmır,
söz acizdir.
İlham Əliyev: Sağ olun. Mən çalışıram ki,
öz işimlə ölkəmizin inkişafına
töhfə verim. Əsas məqsədim budur ki, ölkəmiz
inkişaf etsin, qüdrətlənsin, insanlar yaxşı
yaşasınlar, əmin-amanlıq, sülh olsun və
mehribançılıq olsun. Ölkəmizin
gələcəyi çox gözəldir. İndiki vəziyyəti
də yaxşılaşır. Ona görə biz
hamımız birlikdə ölkəmizin inkişafında
iştirak edəcəyik. Siz də buna hazır olun. Baxmayaraq
ki, 80 yaşınız tamam olub, ancaq siz həmişə cavansınız.
Habil Əliyev: Sizin bu
mükafatınız ömrümü uzatdı, mən buna
inanıram. Sizə bir
daha təşəkkür edirəm.
Xalq qəzeti.- 2007.- 23 oktyabr.- S.5.