Əliyev H.
Azərbaycan
Respublikasının Prezidenti zati-aliləri cənab İlham
Əliyevə
Hörmətli cənab
Prezident!
Dövlətimizin ən
ali mükafatlarından olan "İstiqlal" ordeni ilə
təltif olunmağım məni son dərəcə
fərəhləndirdi və ilk növbədə,
əməyimə verdiyiniz bu böyük qiymətə
görə Sizə minnətdarlığımı
bildirirəm.
Sənətin və
sənətkarın vəzifəsi dünyanı daha
gözəl etməkdir və sənətkar
fərəhlənməsə, yarada bilməz.
Mən xoşbəxt
taleli sənətkaram ki, qismətimə sənəti dərindən
duyan və yüksək qiymətləndirən,
sənətkarı əziz tutan və nəvaziş
göstərən ümummilli lider Heydər Əliyev kimi dahi
insanın, onun şərəfli yolunu ləyaqətlə davam
etdirən İlham Əliyev kimi üstün bir rəhbərin
müasiri olmaq düşdü.
Mən illər boyu
xalqın məhəbbəti ilə yanaşı,
dövlət rəhbərinin daimi diqqətini,
qayğısını duymuşam və bu məni
fərəhləndirib, qanadlandırıb, daha artıq
çalışmağa, daha artıq yaratmağa,
millətimə və dövlətimə daha yaxşı
xidmət göstərməyə səfərbər edibdir.
Muğamlarımız,
xalq musiqimiz həyatımın ayrılmaz parçasıdır,
ömrümün mənasıdır və ona görə
də əsrlərin sınağından keçib
gəlmiş bu sərvətlərin taleyi məni hər zaman
düşündürübdür.
Ömrümün bu
çağında xalq musiqimizə, bütövlükdə
mədəniyyətimizə göstərilən müstəsna
dövlət qayğısının hər an şahidi
olduqca, ürəyim iftixar hissi ilə dolur.
Mən indi bu əziz sərvətlərimizin gələcəyindən arxayınam, onların daha da tərəqqi edəcəyinə əminəm. Sizin bu xidmətləriniz ən yüksək təriflərə və alqışlara layiqdir.
Hörmətli cənab Prezident!
Bir daha sənətimə və şəxsiyyətimə verdiyiniz çox yüksək qiymətə görə Sizə ən dərin minnətdarlıq hisslərimi ifadə edir, Vətənimizin, dövlətimizin çiçəklənməsi yolundakı yorulmaz fəaliyyətinizdə Sizə uğurlar arzulayıram.
Azərbaycan.- 2007.- 23 oktyabr.- S. 4.